Xəbərlər
Prezident Konstitusiya Məhkəməsinin yaradılmasının 25 illiyi münasibətilə bir qrup şəxsi təltif edib

Prezident İlham Əliyev Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yaradılmasının 25 illiyi münasibətilə bir qrup şəxsin təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, məhkəmə orqanlarında və dövlət qulluğunda səmərəli fəaliyyət göstərdiklərinə görə üç nəfər 2-ci dərəcəli “Vətənə xidmətə görə”, 2 nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, dörd nəfər “Tərəqqi”, iki nəfər “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif ediliblər.