YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Andre Vilye: Birinci Avropa Oyunlarına ev sahibliyi etmək Azərbaycanın böyük uğurudur

Fransanın Yon departamenti Şurasının sədri Andre Vilye müsahibəsində “Bakı-2015” birinci Avropa Oyunlarının əhəmiyyəti barədə danışaraq bildirib ki, belə böyük idman tədbirləri müxtəlif xalqları bir araya gətirir, onların arasında sıx əlaqələr yaradır. Avropa Oyunlarında qitənin bütün ölkələrindən idmançıların iştirakı bu tədbirə verilən əhəmiyyətin göstəricisidir. O, birinci Avropa Oyunlarına ev sahibliyi etməyin Azərbaycanın böyük uğuru olduğunu deyib.

“Bakı-2015”in möhtəşəm açılış mərasimində iştirak etdiyini bildirən Andre Vilye vurğulayıb ki, Azərbaycan belə bir böyük tədbiri yüksək səviyyədə təşkil etməyə qadir olduğunu sübut etdi. Şuranın sədri açılış mərasimində 70 minə yaxın insanın iştirakının bu Oyunlara marağın bariz göstəricisi olduğunu vurğulayıb. O, Avropa Oyunlarında iyirmi mindən çox könüllünün fəaliyyətini də qeyd edib.

Andre Vilye Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım, “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın Oyunların yüksək səviyyədə təşkilinə xüsusi diqqət ayırmalarını xüsusi vurğulayıb.

Bəzi fransız şəhərlərinin qondarma “Dağlıq Qarabağ respublikası” ilə “dostluq xartiyası” imzalaması məsələsinə münasibət bildirən Yon departamenti Şurasının sədri bunun Fransa diplomatiyasına zidd olduğunu qeyd edib. O bildirib ki, bələdiyyələrin sərbəst fəaliyyət göstərmək hüququ olmasına baxmayaraq, onlar Fransanın siyasətinə zidd hərəkət edə bilməzlər. Mövcud olmayan bir “respublika” ilə hər hansı sənədin imzalanması isə onu imzalayanların səriştəsizliyini göstərir.

Fransa–Qafqaz Dostluq Qrupunun sədri, senator Andre Rişar müvafiq nazirliklərə buna son qoymaqla bağlı müraciət edib.

“Bu gün Fransanın Azərbaycan ilə sıx əlaqələri mövcuddur”, - deyən Andre Vilye bu əlaqələrin inkişafında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın mühüm xidmətlərinin olduğunu vurğulayıb. O əlavə edib ki, Heydər Əliyev Fondu Fransada Azərbaycan mədəniyyətinin tanıdılması baxımından böyük layihələr həyata keçirib.