YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Musa Qasımlı: Almaniya tanklarla əldə edə bilmədiyinə siyasətlə nail olmağa çalışır

"Birləşmədən sonra Almaniya sanki əsas məqsədə əvvəlki köhnə metodlarla - belə demək mümkünsə, tanklarla deyil, yeni metodlarla - siyasətlə, banklarla nail olmağa çalışmaq üçün səylərini artırıb. Almaniya tanklarla əldə edə bilmədiyinə siyasətlə, banklarla nail olmağa çalışır".

Bunu Trend-ə millət vəkili, professor Musa Qasımlı Almaniyanın son zamanlar Avropada hegemonluq iddialarının artması və bunun fonunda bir çox ölkələrə, o cümlədən Azərbaycana qarşı qeyri-səmimi münasibət göstərməsi və ikili standartlar yürütməsinə münasibət bildirərkən deyib.

M.Qasımlı bildirib ki, Almaniya iki Dünya müharibəsi görmüş və hər ikisində acınacaqlı şəkildə məğlub edilmiş, ikincisində isə parçalanmış, lakin 1990-cı ildə dinc yolla yenidən birləşmiş bir dövlətdir: "Hələ Birinci Dünya müharibəsində məğlub edildikdən sonra Almaniyada revanşizm (əvəz çıxmaq, qisas almaq) meyilləri artmışdı. 30-cu illərdə Almaniyanın nəinki qitədə, həmçinin dünyada hegemonluq etmək cəhdləri "anqlosakson geosiyasəti"nə zidd olduğu üçün bəzi dövlətlər yürütdükləri siyasətlə Almaniyada nasional-sosialistlərin hakimiyyət başına gəlməsinə laqeyd qaldılar. Nəticədə az sonra İkinci Dünya müharibəsi törətidildi. Müharibənin yekununda Almaniya məğlub edildi və parçalandı. Birləşmədən sonra Almaniya yeni bir siyasət yürüdərək, daha çox iqtisadi cəhətdən güclənməyə diqqət yetirməyə başladı. Sanki əsas məqsədə əvvəlki köhnə metodlarla - belə demək mümkünsə, tanklarla deyil, yeni metodlarla - siyasətlə, banklarla nail olmağa çalışmaq üçün səylərini artırdı. Almaniyanın birləşməsinə razı olmuş bir sıra Qərbi Avropa dövlətləri artıq özlərinə sual edirlər: "Birləşməyə icazə verməklə səhv etməyiblərmi?"

M.Qasımlının sözlərinə görə, dünyanın bəzi regionlarında Almaniyanın maraqlarının Avropanın bir sıra dövlətləri və ABŞ ilə toqquşduğu şəksizdir: "Bu ölkə Şərqdə siyasətini yürütmək üçün daha çox ikili standartlardan istifadə edir. Məsələn, Almaniya Bundestaqı digər ölkələrin daxili işlərinə kobud surətdə müdaxilə edir, ölkədə islamofobiya və mühacirlərə qarşı hərəkat artır və s. Belə hərəkətlərin arxasında, həmçinin erməni lobbisi və diasporunun durduğu şübhəsizdir. Almaniyanın ikili standartlarının konkret məqsədləri var: Azərbaycanı, hansısa ölkələri sıxışdırmaq və nəyisə əldə etmək. Şübhəsiz ki, Azərbaycana qarşı təzyiqlər və ikili standartlar heç bir nəticə verməyəcək. Təcrübə sübut edir ki, ən yaxşı yol təzyiqlər və ikili standartlar deyil, qarşılıqlı faydalı əməkdaşlıqdır".

 

DİGƏR Xəbərlər Arxiv