YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Çingiz Hüseynzadə: Avropanın bütün idmançıları Beynəlxalq Olimpiya Gününü Azərbaycanda qeyd edirlər

İyunun 23-də Milli Olimpiya Komitəsində (MOK) “Bakı-2015” birinci Avropa Oyunlarının sambo yarışlarında gümüş medallar qazanan Azərbaycan idmançıları ilə ənənəvi görüş keçirilib.

Mərasimdə çıxış edən MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə deyib ki, iyunun 23-ü Beynəlxalq Olimpiya Günü kimi dünyanın bütün ölkələrində geniş qeyd olunur. Azərbaycanda da hər il bu bayram münasibətilə müxtəlif yarışlar təşkil olunur. Bu il Azərbaycanda ilk Avropa Oyunları keçirilməsi Beynəlxalq Olimpiya Gününə böyük töhfədir. “İndi dünyanın diqqəti “Bakı-2015” birinci Avropa Oyunlarına yönəlib. Xüsusi fərəh hissi ilə deməliyəm ki, Avropanın bütün idmançıları Beynəlxalq Olimpiya Gününü məhz Azərbaycanda qeyd edirlər”, - deyə Ç.Hüseynzadə bildirib. O diqqətə çatdırıb ki, sambonun Avropa Oyunlarının proqramına daxil edilməsi MOK-un prezidenti, dövlətimizin başçısı İlham Əliyevin səyi nəticəsində mümkün olub. Sevindirici haldır ki, samboçularımız idmanın bu növündə də medallar qazandılar.

MOK-un vitse-prezidenti deyib: “Cəmi beş gündən sonra ilk Avropa Oyunlarının bağlanış mərasimində iştirak edəcəyik. Tarixdə əbədi qalacaq “Bakı-2015” birinci Avropa Oyunları qəlblərdə uzun müddət yaşayacaq. Əminəm ki, qarşıdakı yarışlarda da idmançılarımız möhtəşəm qələbələri ilə xalqımızı sevindirəcəklər”.