YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Xəzər rayonunda Silahlı Qüvvələr Günü qeyd olunub

Xəzər rayonunda 26 İyun - Silahlı Qüvvələr Gününə həsr olunmuş “Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” mövzusunda tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Xəzər Rayon İcra Hakimiyyətinin inzibati binası önündə ucaldılmış Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad edərək abidə önünə gül dəstələri qoyublar.

Mərdəkan Mədəniyyət Sarayında davam edən tədbir Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin orkestrinin ifasında Dövlət Himninin səsləndirilməsi, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü naminə canından keçən şəhidlərimizin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən Xəzər RİH başçısı Elşən Salahov bildirib ki, Ümummilli Liderin rəhbərliyi ilə dövlətçilik ənənələrimizə söykənərək 1993-cü ildən ölkəmizdə həyata keçirilən dövlət quruculuğunun ən şərəfli və parlaq səhifələrindən biri bu gün gücü ilə qürurlandığımız 105 yaşlı Azərbaycan Ordusudur. Ulu Öndər Heydər Əliyev hakimiyyətdə olduğu illərdə daim Azərbaycan Ordusunu və onun formalaşması prosesini diqqət mərkəzində saxlamışdır. Bu gün Ümummilli Liderin ordu quruculuğu sahəsindəki siyasi kursu uğurla davam etdirilir.

YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov  Ulu Öndər Heydər Əliyevin zəngin ömür yolundan və ordu quruculuğu istiqamətindəki tarixi fəaliyyətindən söz açıb. O, Azərbaycan Ordusunun Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi ilə hərb tarixinin yeni və şanlı salnaməsini yazdığını deyib. Azərbaycan Silahlı Qüvvələri döyüş və mənəvi-psixoloji hazırlıq sahələrində böyük uğurlar əldə edərək gündən-günə daha da güclənir və qüdrətlənir. 

Xəzər rayon Məhkəməsinin sədri Şeyda Məhərrəmova, əməkdar incəsənət xadimi, Azərbaycan Silahlı Qüvvələrinin polkovniki Abdulla Qurbani, Vətən müharibəsi şəhidləri Bəhrəm və İman Məmmədzadə qardaşlarının atası  Elman Məmmədzadə və gənc partiya fəalı Rəşad Əliyev çıxışlarında qeyd ediblər ki, Azərbaycan Silahlı Qüvvələri döyüş və mənəvi-psixoloji hazırlıq sahələrində böyük uğurlar əldə edərək gündən-günə daha da güclənir və qüdrətlənir. Orduya dövlətin təhlükəsizliyinin, ərazi bütövlüyünün və müstəqilliyinin qarantı kimi baxan hər bir Azərbaycan vətəndaşı bu gün öz ordusu ilə sözün əsl mənasında, fəxr edir.

Əməkdar artist Ağalar Bayramov, Əməkdar incəsənət xadimi Abdulla Qurbani və 156 saylı tam orta məktəbin şagirdləri tərəfindən vətənpərvərlik və hərbi ruhda şeirlər, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri Mətləb Ağayev və Leyla Əliyevanın ifasında hərbi mahnı və marşlar səsləndirilib.

DİGƏR Xəbərlər Arxiv