YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vahid Əhmədov: Qanun reklam bazarının inkişafını daha da təkmilləşdirəcək

“Reklam haqqında qanunda 2 növ tənzimləmə nəzərdə tutulub. Bunlardan biri dövlət tənzimləməsi, digəri isə özünüidarəetmə tənzimləməsidir”. Bu sözləri  Milli Məclisin İqtisadi siyasət komitəsinin Vahid Əhmədov deyib.

V.Əhmədov bildirib ki, qanunda reklamların yerləşdirilməsi ilə bağlı bütün məsələlər öz əksini tapır. Onun sözlərinə görə, müvafiq icra hakimyyəti orqanı qanunun tənzimləməsi ilə məşğul olacaq.

«Digər tərəfdən isə Azərbaycanda qeyri- hökumət təşkilatları var, bunlar özünütənzimləmə təşkilatlarıdır. Ölkədə Reklamçılar İttifaqı mövcuddur, hətta bu qurum Beynəlxalq Reklamçılar İttifaqının üzvüdür. Bu təşkilatlar müəyyən qədər tənzimləmə mexanizmini həyata keçirə bilərlər. O cümlədən, reklama müəyyən lisenziyanın verilməsi, reklamın ölçülərinin dəqiq müəyyən edilməsi, nəqliyyatda hansı vasitələrlə göstərilməsi, televiziya ekranında necə yayımlanması kimi məsələlərin hamısı qanunda öz əksini tapıb. Hesab edirəm ki, bu qanun reklam bazarının inkişafını daha da təkmilləşdirəcək»- deyə, komitə üzvü qeyd edib.

DİGƏR Xəbərlər Arxiv