Xəbərlər
Niderland gimnastı: Azərbaycan I Avropa Oyunlarını mükəmməl təşkil edib
Azərbaycan I Avropa Oyunlarını mükəmməl təşkil edib. Bu barədə Trend-ə I Avropa Oyunlarında dayaqla tullanma hərəkəti üzrə idman gimnastikası yarışlarının gümüş mükafatçısı Niderland gimnastı Kazimir Şmidt deyib.
O, tarixdə bir ilk olan Avropa Oyunlarında gümüş medal qazandığı üçün çox xoşbəxt olduğunu bildirib: “Oyunlar mükəmməl təşkil olunub. 2011-ci ildə Avropa Olimpiya Festivalında iştirak etmişdim, lakin I Avropa Oyunları daha böyük tədbirdir. Bura çox xoşuma gəlir. Gözəl stadion, azarkeşlər – bunların hamısı çıxışımıza gözəllik qatır”.