YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Daim diqqət mərkəzində

“Bu gün heç bir sözlə ifadə edilməyəcək xoşbəxt anlar yaşayırıq. Qüdrətli Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı Ermənistanın işğalçı silahlı qüvvələrindən azad etmək kimi müqəddəs vəzifəni şərəflə yerinə yetirdi.  Ölkəmiz Vətən müharibəsində təkcə öz ərazi bütövlüyünü bərpa etmədi, eyni zamanda, beynəlxalq hüququ, ədaləti, o cümlədən, azərbaycanlı keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdış hüququnu da təmin etdi. Mayın 28-də, Müstəqillik Günündə də xalqımız daha bir əlamətdar hadisəyə şahidlik etdi. Həmin gün Laçına ilk qayıdış həyata keçirildi və Prezident İlham Əliyev Laçın şəhərinə qayıdan bu torpağın əzəli və əbədi sakinləri ilə görüşdü. Dövlət başçısı “Böyük Qayıdış” Proqramının tərkib hissəsi olaraq evlərin vətəndaşlarımıza təqdim olunması mərasimində şəxsən iştirak etdi. Laçının erməni işğalından azad edilməsi ilə ilk öncə bu torpaqların mina və digər döyüş sursatlarından təmizlənməsinə start verildi. Daha sonra rayon ərazisində beynəlxalq standartlara cavab verən yaşayış məntəqələrinin yaradılması istiqamətində ciddi addımlar atıldı. Bu gün Laçın şəhəri və ətraf kəndlərdə böyük quruculuq, bərpa işləri həyata keçirilir. Hansı ki, bu işlər öz miqyası və əhəmiyyətinə görə qlobal xarakter daşıyır. Çox keçməyəcək ki, Laçın öz gözəlliyinə görə bütün dünyanın diqqət mərkəzinə çevriləcək. Ümumiyyətlə, Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra bölgədə yeni reallıq yaradıb və şərtləri özü diktə edir.” Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov bildirib.

K.Bayramov qeyd edib ki, bu gün işğaldan azad edilmiş bütün torpaqlarda, o cümlədən Laçın rayonunda böyük abadlıq işləri aparılır, rayonun təhlükəsizliyi etibarlı şəkildə təmin olunur, Laçın, sözün əsl mənasında, dirçəlir. Dövlət başçımız  Laçın şəhərinə qayıdan əhali ilə görüşüb, evlərin açarlarını onlara təqdim edib. Görüşdə çıxış edən ölkə başçısı bildirib ki, cəmi 7-8 ay ərzində Laçının böyük hissəsi tamamilə yenidən qurulub. İlk 20 ailə artıq Laçında yerləşibdir və iyun ayının sonuna qədər əlavə bir çox ailələr gələcək. Birinci mərhələdə Laçında 4 minə yaxın insan məskunlasaçaqdır. Bütövlükdə Laçında 7-8 ay ərzində 700 bina inşa edilib, onlardan 620-si fərdi yaşayış binası, 9 çoxmənzilli bina və orada 144 mənzil hazırlanıbdır. Beləliklə, artıq 764 ailə Laçın şəhərində yaşaya bilərlər.  Hazırda Laçında bütün lazımi şərait yaradılır. Hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun. Şəhərdə tibb məntəqəsi hazırlanır, yeni məktəb binası tikilir. Burada onlarla müəssisənin yaradılması nəzərdə tutulur. Artıq Aqro və Sənaye Parkı yaradılmaqdadır, Laçın şəhərində istehsalat, xidmət və tədris müəssisələrinin yaradılması, məşğulluğun artırılması istiqamətində işlər davam etdirilir. Laçında əhalinin məşğulluğunun təmin edilməsi üçün yaradılacaq müəssisələrdə 1169 nəfər işlə təmin olunacaq. Müəssisələr qida, sənaye, yaradıcılıq, tekstil, tədris, turizm və xidmət sahələrində fəaliyyət göstərəcək.  Hazırda fəaliyyət göstərən 7 müəssisədə 226 Laçın sakini işlə təmin edilib. Qeyd edək ki, Aqro və Sənaye Parkında ümumilikdə 46 müəssisə fəaliyyət göstərəcək, onların da 80 faizinin bu il yay aylarının sonunadək işə başlayacağı nəzərdə tutulub.

Deputat diqqətə çatdırıb ki, bu ilin aprel ayında Azərbaycan-Ermənistan sərhədinin Laçın istiqamətində sərhəd-buraxılış məntəqəsini qurmaqla öz ərazi bütövlüyümüzü tam bərpa etdik. İşğaldan azad edilən bütün ərazilər kimi, Laçının da təhlükəsizliyinin etibarlı şəkildə təmini dövlətimizin daim diqqət mərkəzindədir. Bu gün Laçın rayonu ərazisində çoxsaylı hərbi hissələr mövcuddur ki, onların hər biri istənilən təhdid və təhlükənin qarşısını qətiyyətlə almaq iqtidarındadır.