YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan diaspor təşkilatı ölkəmizə qarşı aparılan qarayaxma kampaniyasına etiraz edir

Niderlandda fəaliyyət göstərən Azərbaycan-Türk Kültür Dərnəyi Avropanın bəzi dairələrinin Azərbaycana qarşı apardığı qərəzli kampaniya ilə bağlı bəyanat yayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə bəyanatda deyilir ki, Avropanın bəzi dairələri tərəfindən zaman-zaman ölkəmizə qarşı səsləndirilən qərəzli və ikili standartlara söykənən böhtan dolu fikirlər “Bakı-2015” birinci Avropa Oyunları ilə əlaqədar daha da intensivləşib. Azərbaycanın dünyada artan nüfuzunu həzm edə bilməyən həmin dairələr qərəzli mövqedən çıxış edərək bu ölkə ilə bağlı həqiqəti əks etdirməyən məlumatlar yayır, bütün vasitələrlə onu beynəlxalq ictimaiyyətin gözündən salmağa cəhd edirlər.

Bəyanat qeyd edilir ki, bu təşkilatların fəaliyyəti, keçirdiyi aksiya və tədbirlər sırf müəyyən siyasi dairələrin maraqlarına xidmət edir və onlar Azərbaycanla bağlı konkret sifarişləri yerinə yetirirlər. Bəyanatın müəllifləri belə qurumları beynəlxalq səviyyəli hüquq müdafiə təşkilatı adlandırmağı insan haqlarına hörmətsizlik kimi qiymətləndirirlər. Onların fikrincə, insan haqlarının müdafiəsi adı altında gizlənən bu təşkilatlar, əslində, öz məkrli fəaliyyətləri ilə insan hüquqlarının təmin edilməsinə böyük zərbə vururlar.

“Biz, Azərbaycan-Türk Kültür Dərnəyi olaraq sözügedən dairələrin qərəzli, böhtan dolu fikirlərini və məkrli kampaniyalarını qəti şəkildə pisləyir və bildiririk ki, həmin dairələrin ikili standartlara söykənən, qarayaxma xarakterli fəaliyyətini nə sadə Niderland vətəndaşları, nə də bu ölkədə yaşayan Azərbaycan, türk diasporu dəstəkləyir”, - deyə bəyanatda bildirilir.

Bəyanatın sonunda Azərbaycan-Türk Kültür Dərnəyinin birinci Avropa Oyunlarına dəstəyi qeyd edilir, yarışların axıradək yüksək səviyyədə keçiriləcəyinə əminlik ifadə olunur.

 

DİGƏR Xəbərlər Arxiv