Xəbərlər
Növbəti raund Moskvada...

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov mayın 18-də Rusiya Federasiyasına işgüzar səfərə yola düşüb.
Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib.
Səfər çərçivəsində mayın 19-da Azərbaycanla Ermənistan arasında “sülh sazişi” layihəsi üzrə danışıqların növbəti raundunun keçirilməsi nəzərdə tutulub.