YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Yevlaxda Vətən müharibəsi iştirakçılarına medallar təqdim edilib

Baş nazir Əli Əsədovun müvafiq sərəncamlarına əsasən “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunan bir qrup Vətən müharibəsi iştirakçısına medalların təqdimatı mərasimi keçirilib. 

Yevlaxda Vətən müharibəsi qazilərinə və veteranlarına medallar təqdim edilib

Yeni Azərbaycan Partiyası (YAP) Yevlax rayon təşkilatının, Yevlax Şəhər İcra Hakimiyyətinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinin birgə təşkilatçılığı ilə Baş nazir Əli Əsədovun müvafiq sərəncamlarına əsasən “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunan bir qrup Vətən müharibəsi iştirakçısına medalların təqdimatı mərasimi keçirilib.

Əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev Vətən müharibəsində qazanılan möhtəşəm Qələbənin tariximizin ən parlaq səhifəsi olduğunu deyib. Bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyi, peşəkar rəhbərliyi və Azərbaycan Ordusunun rəşadəti erməni vandalizminə son qoydu. Ermənistan ordusu döyüş meydanında cəmi 44 gün ərzində diz çökdü. Qeyd olunub ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ailələrinə, qazilərə diqqət və qayğı dövlətin prioritetidir.

Yevlax Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Xaliq Əliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinin rəisi mayor Samir Qurbanov vurğulayıblar ki, Vətən müharibəsi Azərbaycan Ordusunun hər bir fərdinin özünü Vətən uğrunda fəda etməyə və düşmənə sarsıdıcı zərbə vurmağa qadir olduğunu bir daha sübut edib.

Sonra Vətən müharibəsi iştirakçılarına və qazilərə medallar təqdim olunub.

Vətən müharibəsi iştirakçıları və qazilər onlara göstərilən dövlət qayğısına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.