YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Ulu Öndərin ideyaları əsasında inkişaf edir

“Ulu öndər Heydər Əliyev milli liderliklə siyasi liderlik keyfiyyətlərini özündə birləşdirən  bir  siyasi xadim olub. Belə bir dövlət adamının olması bəşər tarixində nadir rast gəlinən unikal haldır ki, o da xoşbəxtlikdən Azərbaycanın bəxtinə düşüb”. 

Bu fikirləri YAP İdarə Heyətinin üzvü, politoloq Asif Əsgərli saytımıza fikilərini bildirib.

O deyib ki, Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur: “Prezident İlham Əliyevin Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə xalqa müraciətində dediyi kimi, Heydər Əliyev bütün dövrlərdə öz doğma xalqına sədaqətlə xidmət etmişdir. Ulu Öndər bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövründə respublikanın qarşısında duran strateji vəzifə və hədəfləri düzgün müəyyənləşdirmişdir. Heydər Əliyev qısa müddətdə ölkəyə investisiya axınını stimullaşdıran müasir innovativ inkişaf modelinin gerçəkləşdirilməsinə nail olmuşdur. Sahibkarlığa, sərbəst rəqabətə yol açan və liberallığı özündə ehtiva edən sosialyönümlü iqtisadiyyat modelinin əsası qoyulmuşdur. Siyasi islahatlar aparılmağa başlanmış, demokratik inkişafla bağlı önəmli qərarlar, qanunlar qəbul edildmişdir. İqtisadi sahədə liberallaşma siyasəti aparılmağa başlamış və bazar iqtisadiyyatına keçid məhz Heydər Əliyevin təşəbbüsü ilə baş vermişdir. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir. Bu gün Azərbaycan Ulu Öndərin ideyaları əsasında inkişaf edir”.

Politoloq Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” sərəncamının tarixi əhəmiyyətə malik olduğunu deyib: “Artıq “Heydər Əliyev İli” çərçivəsində ölkədə və xaricdə müxtəlif səpkili tərdbirlər keçilməkdədir. Cənubi Qafqazın ən böyük siyasi partiyasının yaradıcısı məhz Ulu Öndər Heydər Əliyevdir. YAP tərəfindən Ulu Öndərlə bağlı mütəmadi olaraq tədbirlər keçirilir. “Heydər Əliyev İli” çərçivəsində partiya tərəfindən silsilə tədbirlər reallaşdırılır”.

DİGƏR Xəbərlər Arxiv