Xəbərlər
Şirzad Abdullayev: 2015-ci ilin ötən dövrü ərzində 2637 sahibkara 87 milyon manata yaxın güzəştli kredit verilib

2015-ci ilin ötən dövrü ərzində 2637 sahibkara 87 milyon manata yaxın güzəştli kredit verilib. Bu barədə Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib.
Ş.Abdullayev qeyd edib ki, bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 6100-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.
«Kreditlər hesabına digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, taxıl anbarı, cins heyvandarlıq komplekslərinin, quşçuluq fabriklərinin, çörək zavodlarının, meyvə-tərəvəz emalı, tikinti materialları, süfrə suları, mebel istehsalı müəssisələrinin, intensiv bağçılıq təsərrüfatlarının yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilib. Bütün bunlar isə regionlarda yerli istehsalın daha da artmasına şərait yaradır»-