Xəbərlər
Qazaxda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər davam edir

Qazaxda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş növbəti tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları müstəqil Azərbaycanın banisi və qurucusu Ulu Öndər Heydər Əliyevin Qazax şəhərində Heydər Əliyev adına parkda ucaldılmış əzəmətli abidəsini ziyarət edərək, önünə tər çiçək dəstələri düzdübər və Ulu Öndərin əziz xatirəsinə hörmət və ehtiramlarını bildiriblər. Tədbir iştirakçıları Heydər Əliyev adına Mərkəzdə Ulu Öndərin şərəfli və mənalı ömrünü əks etdirən fotostendlə tanış olublar.
Tədbir iştirakçıları Qazax Müalicə Diaqnostika Mərkəzində əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Akademik Zərifə Əliyevanın şərəfli və mənalı ömrünü əks etdirən sərgi ilə tanış olublar. Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman övladlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub və Dahi Rəhbərin mənalı ömür yolunu əks etdirən videoçarx nümayiş etdirilib.
Tədbiri giriş nitqi ilə Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov açaraq Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə rayonda keçirilən çoxsaylı tədbirlərdən, Ulu Öndərin şərəfli və mənalı ömür yolundan, misilsiz xidmətlərindən ətraflı danışıb.
Qazax Müalicə Diaqnostika Mərkəzinin direktoru Kamandar İbrahimov geniş məruzə ilə çıxış edib.
Tədbirdə YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev, Dünya Türkologiya Mərkəzinin sədri, filologiya üzrə fəlsəfə doktoru, tarix elmləri doktoru, AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun şöbə müdiri Güllü Yoloğlu, həkimlərdən Cəbrayıl Vəlizadə, Elxan Bayramov, Nigar Dəmirçiyeva, Leyla Nəsibova çıxış edərək Ümummilli Lider Heydər Əliyevin şah əsəri olan müasir, müstəqil Azərbaycanın inkişafıında göstərdiyi tarixi xidmətlərdən, Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla, müvəffəqiyyətlə davam etdirilməsindən, mövcud Azərbaycan reallıqlarıından ətraflı danışıblar.