Xəbərlər
Azərbaycan dövlət müstəqilliyi əbədidir!

Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu rayon təşkilatı, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Sabunçu rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Nardaran qəsəbəsi Mədəniyyət Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Azərbaycan dövlət müstəqilliyi əbədidir!” mövzusunda tədbir keçirilib.
Tədbirdə YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov, Bakı Şəhər Gənclər İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Sabunçu rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev, Əlilliyi olan Şəxslərin Peşə-əmək Reabilitasiyası mərkəzinin sakinləri, qazilər, məktəblilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov Ulu Öndərin xalqımız və dövlətimiz qarşısında xidmətlərindən danışıb. O qeyd edib ki, ümummilli lider Heydər Əliyev ideyalarının uğurlu davamçısı, Prezident İlham Əliyevin məqsədyönlü və milli maraqlara cavab verən siyasəti nəticəsində Azərbaycan regionun lider dövlətinə çevrilib və ciddi uğurlara imza atıb.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin siyasi, iqtisadi, hüquqi, sosial-mədəni əsaslarını yaradan, canından əziz bildiyi müqəddəs ata yurdunu müstəqilliyə qovuşduran dahi şəxsiyyət olduğunu bildirib.
Tədbir bədii hissə ilə davam etdirilib.