YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Sağlam dostluq və qardaşlıq münasibətləri

Mansur Quliyev

YAP Ağdam rayon təşkilatının sədri

Bu günün reallıqları ondan ibarətdir ki, Azərbaycan müstəqil bir dövlət olaraq  beynəlxalq hüququn  qayda və prinsiplərinə sadiqdir. Eyni zamanda  ölkəmiz bütün dövlətlərlə əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə yönəlmiş xarici siyasət kursu və heç bir hərbi bloka qoşulmadan tarazlı siyasət həyata keçirir.

Azərbaycan ilə Türkiyə arasında strateji müttəfiqlik, tərəfdaşlıq sağlam  dostluq və qardaşlıq münasibətləri üzərində qurulmuşdur. Məhz bu sağlam və sarsılmaz dosluq, qardaşlıq münasibətlərinin məntiqi nəticəsi kimi 15 iyun 2021-ci il tarixdə Şuşa şəhərində tarixi Şuşa Bəyannaməsi imzalandı.

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsi hər iki ölkənin sarsılmaz dosluq və qardaşlıq münasibətlərinin mühüm əhəmiyyət kəsb etdiyini özündə ehtifa etmişdir.

Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda çıxış edən ölkə Prezidenti İlham Əliyev iki qardaş ölkə arasında mövcut olan dostluq və müttəfiqlik münasibətlərindən ətraflı bəhs edərək qeyd etmişdir ki, “Türkiyə və Azərbaycanı rəsmi olaraq müttəfiq edən Şuşa Bəyannaməsi burada, Şuşada, bu binadan bir neçə metr aralıda imzalanmışdır. Bu, tarixi hadisə idi. Buna baxmayaraq, Azərbaycanla Türkiyə arasında münasibətlər de-fakto müttəfiq münasibətləri idi və biz bunu xüsusi olaraq son iyirmi ildə nümayiş etdirmişdik. Prezident Ərdoğanın Türkiyəyə rəhbərlik etdiyi son iyirmi ildə bizim münasibətlərimiz mənim onunla birgə səylərimiz nəticəsində təkcə qardaş xalqlar arasında deyil, eyni zamanda, müttəfiqlər arasında olan münasibətlərə çevrilmişdir. Biz bunu dəfələrlə nümayiş etdirmişik. ”

 İki qardaş ölkənin ədalətə, beynəlxalq hüquqa əsaslanan siyasətinin uğurları davamlıdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Rəcəb Tayyib Ərdoğanın liderliyi sayəsində Türkiyə son illər böyük uğurlu yol keçib, dünya çapında güc mərkəzinə çevrilib.

Türkiyə-Azərbaycan birliyi bu gün isə bərpa edilən Qarabağ və Zəngəzurda yenə də görünür. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır.

Bu ərazilərdə aparılan tikinti-quruculuq işlərində qardaş Türkiyə dövlətinində dəstəyi vardır. Bu gün biz yenədə bərpa edilən Qarabağda Zəngəzurda Türkiyə -Azərbaycan birliyini görürük.

Xüsusilə qeyd etmək lazımdır ki, işğaldan azad olunan ərazilərimizdəki quruculu işlərində Türkiyənin yaxından iştirakı Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təntənəsidir. Şuşa şəhərində Şuşa Bəyannaməsinin imzalanması ilə Türkiyə və Azərbaycan rəsmən müttəfiq oldu. Bu gün Türkiyə-Azərbaycan birliyi Cənubi Qafqaz regionunda çox önəmli bir amilə çevrilib.

DİGƏR Xəbərlər Arxiv