YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Sülhün vaxtıdır: tələsməyən İrəvan gecikir – TƏHLİL / VİDEO

Ölkəmizin artan beynəlxalq nüfuzu, qlobal problemlərin tənzimlənməsində mühüm yeri, strateji məsələlərin müzakirəsində əhəmiyyətli rolu onu beynəlxalq platformaya çevirib. Bu mənada, müxtəlif ölkələri təmsil edən tədqiqatçıların, politoloqların, beyin mərkəzlərinin nümayəndələrinin iştirak etdiyi “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda növbəti - dördüncü beynəlxalq konfransın Azərbaycanda – regionun diplomatiya paytaxtı olan Şuşada keçirilməsi mühüm əhəmiyyətə malikdir.

Konfransa Şuşanın ev sahibliyi etməsi həm də erməni vandalizminin izlərinin və Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi bərpa və yenidənqurma işlərinin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından xüsusi önəm kəsb edir.

Prezident İlham Əliyev beynəlxalq konfransda geosiyasi vəziyyət, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması istiqamətində atılan addımlar, irəli sürülən təşəbbüslər, regionda kommunikasiyaların açılması ilə bağlı mühüm məsələlərə toxundu, xarici ekspertləri maraqlandıran suallara ətraflı, diplomatik məharətlə cavab verdi, dəqiq - ünvanlı ismarıclar ötürdü. Sülh müqaviləsinin imzalanması ilə bağlı rəsmi Bakının mövqeyini bir daha aydın və qəti şəkildə ifadə etdi.

Yəni Ermənistan anlamalıdır ki, qeyri-konstruktiv mövqeyini davam etdirəcəksə, sülh olmayacaq, kommunikasiyalar açılmayacaq, nəticə etibarilə bu ölkə regional inteqrasiya imkanlarından kənarda qalacaq. Belə olan halda isə, dövlət başçısının da söylədiyi kimi, Ermənistan yeni geosiyasi konfiqurasiyada özünə yer tapmalı olacaq.

Dövlət başçısının “Əgər onlar konstruktiv olmasalar, biz diplomatik tədbirlərdən başqa hər hansı bir digər tədbirlərə əl atmağı planlaşdırmırıq.  Bu qədəri bizə bəsdir” fikri isə həm də indiki mərhələdə hərbi-strateji hədəflərə çatmağımıza bir işarədir. Çünki Ermənistanla sərhəddə - Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulması ilə Vətən sərhədlərinin bütövlüyü təmin olunub. Hazırda gündəlikdə duran əsas məsələlər isə Azərbaycan ilə Ermənistan arasında sərhədin delimitasiya və demarkasiyası, sülh müqaviləsinin imzalanması, iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması, Zəngəzur dəhlizinin reallaşmasıdır. Bu məsələlərin həllinə, tərəflər arasında münasibətlərin normallaşmasına kömək etmək istəyən keçmiş və bitmiş Minsk qrupunun həmsədr ölkələrinə gəlincə isə…

Bunun üçünsə əməli nəticələrə çevrilməyən bəyanatlar vermək yox, praktiki addımlar yolunu seçmək lazımdır. Məhz Azərbaycan kimi!

DİGƏR Xəbərlər Arxiv