YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Pirallahıda qanvermə və ağacəkmə aksiyaları keçirilib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən elan olunmuş 2023-cü il “Heydər Əliyev İli” çərçivəsində Pirallahı rayonunda keçirilən silsilə tədbirlər davam etdirilir.

Növbəti belə tədbir “Pirallahı Tibb Mərkəzi” PHŞ-də baş tutan könüllü qanvermə aksiyası və Pirallahı qəsəbəsi ərazisində reallaşdırılan ağacəkmə aksiyası olub.

Hər iki aksiyada rayon ictimaiyyəti, o cümlədən idarə və müəssisələrin kollektivləri yüksək aktivlik nümayiş etdirib.

Əsas məqsədi hemofiliya və talassemiya xəstəliklərindən əziyyət çəkən insanlara, xüsusən də azyaşlı uşaqlara yardım etmək və onlar üçün tədarük olunan qan ehtiyatını artırmaq olan qanvermə aksiyasında Mərkəzi Qan Bankının xüsusi tibb briqadasının həkim hemotoloqları tərəfindən donorların sağlamlıq vəziyyəti yoxlanılmış, daha sonra onlardan qan götürülüb. Aksiyada ümumilikdə 300-ə yaxın şəxs iştirak edib.

Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş ağacəkmə aksiyasında isə Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov, RİH başçısı Aparatının məsul əməkdaşları, partiya fəalları və rayonda fəaliyyət göstərən idarə, müəssisə rəhbərlərinin iştirak edib.

Pirallahı qəsəbəsi ərazisində baş tutan aksiya çərçivəsində 200 ədəd müxtəlif növ ağaclar əkilmişdir.