Xəbərlər
Heydər Əliyevin parlaq və şərəfli həyat yolu…

Yeni Azərbaycan Partiyası (YAP) Saatlı rayon təşkilatı tərəfindən 16 saylı ərazi partiya təşkilatında “Ümummilli lider Heydər Əliyevin peşə təhsilinin inkişafında rolu” mövzusunda tədbir keçirilib.
Əvvəlcə Dövlət Himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Saatlı rayon təşkilatının sədri Lütvəli Şıxəliyev, Saatlı Peşə Liseyinin direktor əvəzi Qalib Mirzəyev, liseyin müəllimləri İlham Babaşov, Vəfa Nağızadə və Sübhan Hacıbabazadə çıxış edərək bildiriblər ki, Azərbaycanda peşə təhsilinin inkişafının yüksəliş dövrü Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci mərhələsinə təsadüf edir və həmin dövrdə texniki peşə təhsili sistemi sürətlə inkişaf etməyə başlamışdır. Məhz ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə texniki peşə təhsilinin təkmilləşdirilməsinə, inkişafına dair strategiya hazırlanmış və uğurla həyata keçirilmişdir. Heydər Əliyev peşə təhsilinin inkişafını çox əhəmiyyətli hesab edərək, hələ o dövrdə hər hansı bir iri müəssisənin istifadəyə verilməsindən öncə, həmin müəssisə üçün ixtisaslı işçi qüvvəsi hazırlaya bilən texniki peşə məktəbinin yaradılmasına önəm verirdi. Bundan əlavə, 1969-cu ildən başlayaraq respublikada fəaliyyət göstərən texniki peşə məktəblərində peşə təhsili ilə yanaşı, orta təhsil almaq imkanı da yaradılmışdır.
Natiqlər ulu öndər Heydər Əliyevin parlaq və şərəfli həyat yolu, dövlətçilik fəaliyyəti, azərbaycançılıq ideologiyası, Azərbaycanın hər sahə üzrə inkişafı istiqamətində göstərdiyi əvəzsiz xidmətləri haqqında da danışıblar.