YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qaranlığa nur saçan işıq

İqbal Əmənullayev

YAP Lənkəran rayon təşkilatının sədri, tibb üzrə fəlsəfə doktoru, dosent

Bu il Azərbaycan xalqı ücün ən dəyərli, ən uğurlu ildir. Bu il, xalqımızın tarixində özünə məxsus zəngin tarixi hadisələri ilə yadda qalandır. Xalqımız ulu öndərimiz Heydər Əliyevin və dünya şöhrətli alim, ulu öndərimizin sirdaşı və ömür – gün yoldaşı, xalqımıza nur paylayan və özünə əbədi şöhrət qazanan Zərifə xanım Əliyevanın anadan olmasının 100 illiyini, təntənə qeyd edir.

Tarix bəşəriyyətə nadir hallarda görkəmli sərkərdələr, müdrik siyasətçilər, görkəmli dövlət  xadimləri  və dahilər  bəxş edir. Əgər Heydər Əliyev XX əsrdə xalqın yaddaşında müdrik siyasətçi və dövlət xadimi, eyni zamanda qayğıkeş və mehriban ailə başçısı kimi daxil olmuşsa, dahi oftalmoloq, akademik Zərifə xanım Əliyeva özünün xeyirxahlığı  və  humanistliyi,  insanlara  nur  paylayan, onları  işığa çıxaran  nura  qənşər  uzanan bir yol göstərən ziyalı olmuşdur. Heydər Əliyev bütün mənalı həyatını öz xalqının tərəqqisi, tanınması və dünya birliyində layiqli yer tutması uğrunda mübarizəyə həsr etmişdir. Heydər Əliyev sübut etdi ki, Azərbaycan müstəqil bir dövlət, sivill bir millət kimi dünyada öz yerini tutmağa layiqdir. Çünki azərbaycanlılar dünyanın ən qədim və ən zəngin dövlətçilik  ənənələrinə, Milli və mənəvi dəyərlərə malik bir xalqıdır. Deməli, Milli-mənəvi dəyərlərimiz millətimizin və dövlətçiliyimizin qorunub saxlanılması üçün mühüm şərtdir. Heydər Əliyevin əhalinin sağlamlığına göstərdiyi qayğı, təbabətimizin inkişafı naminə gördüyü işlər ölçüyəgəlməzdir. Bu işlərin mahiyyətini, qədir-qiymətini  Azərbaycan xalqı hələ çox sonralar dərk edib anlayacaqdır.

Ümumiyyətlə, zaman – zaman Heydər Əliyev Fenomeninə qayıdış cox olacaqdır. Çünki iki əsrin qovşağında yaşayıb – yaratmış və öz xalqını dəfələrlə fəlakətlərdən çıxarmış bu güclü şəxsiyyət canlı, amma xalq tərəfindən tam oxunmamış bir tarixdir.

İstər ulu öndərimiz, istərsə də görkəmli alim, xeyirxah insan olan Zərifə Əliyeva , hər şeydən əvvəl , xalqımıza möhtərəm prezidentimiz İlham Əliyev kimi bir oğul bəxş edən valideynlər kimi yaddaşlara qızıl hərflərlə həkk olunmuşlar.

Elə insanlar var ki, onların xeyirxahlığı və humanistliyi dillər əzbəri olur. Əsil Azərbaycan ziyalısının canlı rəmzi olan Zərifə xanım Əliyevanın işıqlı xatirəsi insanların qəlbində əbədi yaşayır. Çünki o insanları zülmət pəncərəsindən qoparıb nura qovuşduran görkəmli simalardandır.

Azərbaycanın taleyidir, Zərifə xanımın taleyi. Onun bütün varlığı ilə cəmiyyətimizin yüksəlişinə daima can atması , bütün insanlara böyük qayğı və diqqətlə yanaşması bir tərəfdən hər bir qadına xas olan analıq yanğısından irəli gəlir, digər tərəfdən isə onun mənəvi ucalığından xəbər verirdi.

Zərifə xanımın həyat fəlsəfəsinin ilkin qaynaqları hər şeydən əvvəl , onun uşaqlıq illəri ilə, böyüyüb boya-başa çatdığı ailə tərbiyəsi  ilə bağlı idi. İnsanlara münasibətdə diqqətli və xeyirxah olmaq Əziz Əliyevin övladlarına verdiyi Ən böyük Milli dəyərlər idi. Zərifə xanım Əliyevanın atası gözəl alim və görkəmli siyasi xadim Əziz Əliyev haqqında deyirdilər ki, “o ayrı-ayrı insanların yox, bütövlükdə cəmiyyətin həkimidir”. Bu sözlər eynilə Zərifə xanıma da aiddir. Çox  nadir hallarda insanların şəxsi həyatı tarixi hadisələrlə belə sıx bağlı  olur. Ola bilsin  ki, yaşadığı dövrdə baş verən bəzi  hadisələrdə Zərifə  xanım şəxsən iştirak etməyib, lakin həmin illərin olayları onun bioqrafiyasının bir hissəsidir. Harada olmasından, hansı vəzifədə işləməsindən aslı olmayaraq Əziz Əliyev bütün ömrü boyu əhatə edənlərin dərin hörmətini qazanmışdır. Dövrünün partiya və dövlət xadimləri arasında o özünün siyası və mədəni dünyagörüşü ilə seçilir, ən çıxılmaz hallarda belə çıxış yolu tapa bilirdi. Bu mənada atasının keçdiyi ömür yolu Zərifə xanım üçün xalqının tarixinin bir hissəsi idi. Zərifə xanım qeyri adi ömür gun yoldaşı və gözəl bir ana idi. O, xalqı ilə qırılmaz tellərlə bağlı olan, xalqı ilə fəxr edən, onun Milli mənəvi dəyərlərinə hörmətlə yanaşan və onları inkişaf etdirən ulu öndərimiz Heydər Əliyevin eyni zamanda ömür-gün yoldaşı olmuşdur. Bu baxmdan Heydər Əliyev həyat salnaməsi, xalqımızın tarixinin bir hissəsi olduğu üçün eyni zamanda Zərifə xanımın da həyatının bir hissəsidir. XX əsrin görkəmli siyasətçilərindən, Ən istedadlı öndərlərindən birinin başçılıq etdiyi ailəyə ağbirçəklik etmək hər qadının işi deyil - ər qadının işidir. Zərifə xanım bu nəhəng yükü çəkməkdə, böyük bir millətə başçılıq etməkdə, bu milləti zamanın keşməkəşlərindən çıxartmaqda həyat yoldaşı ilə çiyin-çiyinə vermiş, həyatını fədakarcasna xalqına həsr etmiş bu böyük insanı yaşayıb-yaratmağa, mübarizəyə ruhlandırmışdr.

Günəş də, işıq da onun anlamında xeyrin təcəssümü idi. O, bizdən ayrılsa da, qoyub getdiyi yadigar işıq öz aydınlığını bircə damla da azaltmayıb. Bu işıq hər an bizimlədir, o nur bizə yol göstərir, şöləsinə üz tutur, istisinə isinirik. Onun ziyası qəlbimizə xoş bir ovqat bəxş edir. Əslində bu işıq yenidən onun günəşi görmək imkanının qaytardığı adamlarda, onunla bağlı kövrək xatirələrdə əbədiləşib, onun övladlarında, nəvələrində yaşayır.  Bu işıq onun öz həyatından çox sevdiyi bir İNSANDA  yaşayır. Bu insan bizim hörmətli prezidentimiz və 2013-cü il prezident  seçkilərində  hamılıqla  səs  verəcəyimiz cənab İlham  Əliyevdir.

Ötən günlərə nəzər salanda biz bir daha adi bir həqiqəti bütün çılpaqlığı ilə dərk edirik: Zərifə xanım həyatı boyu sonsuz bir sədaqətlə bəşəri ideallara xidmət etmişdir. Zərifə xanım bütün həyatı və fəaliyyəti çoxşaxəliliyi ilə fərqlənmiş, başqaları üçün  nümunə  olmuşdur. Zərifə xanımın Adı həm alim, pedaqoq, həkim, ictimai xadim, həm də bənzərsiz ürək saflığının təcəssümü olan bir insan kimi hər bir adamın qəlbində əbədi yaşacaqdır.