YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Heydər Əliyev və Azərbaycan səhiyyəsi”

Yeni Azərbaycan Partiyası (YAP) Kəlbəcər rayon təşkilatı “Heydər Əliyev İli” çərçivəsində “Kəlbəcər rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsində “Heydər Əliyev və Azərbaycan səhiyyəsi” mövzusunda tədbir keçirib.

YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov çıxış edərək bildirib ki, Heydər Əliyev Azərbaycan xalqının milli sərvəti və müstəqil Azərbaycan dövlətinin memarıdır. Ulu Öndərin yenidən hakimiyyətə qayıdışı Azərbaycanı parçalanmaq, dağılmaq təhlükəsindən xilas etdi. Ölkəmizdə rifahın, tərəqqinin əsası qoyuldu: “Təsadüfi deyil ki, Ulu Öndər səhiyyə sektorunun inkişafına xüsusi önəm verirdi və bunu əsas prioritet istiqamətlərdən birinə çevirmişdi. O, insan sağlamlığını cəmiyyətimizin sərvəti hesab etməklə yanaşı, Azərbaycan səhiyyə sistemində aparılan islahatlara da yüksək dəyər verib. Ulu Öndərin diqqət yetirdiyi ən vacib məsələlərdən olan insan sağlamlığının qorunması, gələcək nəslin sağlam böyüməsi   bu gün Prezident İlham Əliyevin daim nəzarətindədir”.

“Kəlbəcər rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsinin direktoru Ənvər İmaməliyev vurğulayıb ki, Azərbaycanın müstəqilliyini əldə etməsindən keçən qısa müddət ərzində səhiyyə sahəsində ciddi uğurların əldə edilməsi həm də onunla izah edilir ki, Heydər Əliyev səhiyyəmizin də yüksəlişini təmin etmiş, onun hərtərəfli inkişafı üçün tədbirlər həyata keçirmişdir.

Kəlbəcər rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Adil Heydərov və digərləri çıxışlarında qeyd ediblər ki, Ulu Öndər elmin, təhsilin, iqtisadiyyatın, eləcə də səhiyyənin, tibb elminin dinamik inkişafının tənzimləyicisi kimi yaddaşlarda həkk olunub.

Sonda bir qrup partiya fəalına fəxri fərman təqdim olunub.

DİGƏR Xəbərlər Arxiv