YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qarşılıqlı əməkdaşlıq

Abbas Əliyev

Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının sədri

Tacikistan Respublikasına Prezident İlham Əliyevin rəsmi səfəri bir daha onu   təsdiqlədi ki, dövlətimiz Mərkəzi Asiya ölkələri ilə münasibətlərində  yeni addımlara başladı. Prezident İlham Əliyevin son illər Mərkəzi Asiya, həmçinin Türkdilli ölkələrə mütəmadi səfərləri, eyni zamanda, həmin dövlətlərin başçılarının  və hökümət nümayəndələrinin Azərbaycana səfərləri Türk dünyası ilə əlaqələrimizin  daha da möhkəmləndirilməsidir. Türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritetlərindən birinə çevrilib  Cənab Prezidentin çıxışlarında  indiki geosiyasi vəziyyətdə  qarşılıqlı dəstəyin, dövlətlərimizin müstəqilliyinin, suverenliyinin möhkəmləndirilməsinin, əməkdaşlığımıza konkret məzmun verməyin zəruriliyini nəzərə alaraq, ümumi maraqlar ətrafında daha sıx birləşməyin vacib olduğunu bildirdi. Dövlətmizlə Tacikistan arasında diplomatik münasibətlər 1992-ci ildən qurulub. Dövlətlərimiz  arasında əlaqələr, əsasən, beynəlxalq təşkilatlar, xüsusilə də Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və Müstəqil Dövlətlər Birliyi çərçivəsində mövcud olub. Dövlət başçılarının qarşılıqlı səfərləri münasibətləri daha da möhkənləndirmiş, əlaqələri genişləndirmişdir. Ümumiyyətlə, bu günə qədər Azərbaycan Respublikası hökuməti ilə Tacikistan hökuməti arasında otuz beş sənəd imzalanmışdır. Cənab Prezidentin Tacikistan Prezidenti ilə görüşdən sonra mətbuta verdiyi bəyanatda da bunu təsdiqlədi.  Qeyd etdi ki, ölkələrimiz arasında qardaşlıq münasibətlərinin uğurlu inkişafı məhz 1990-cı illərin əvvəllərindəki fəaliyyətin nəticəsidir. O vaxt həm Tacikistan, həm də Azərbaycan böyük çətinliklərlə üzləşmişdi tarixi faktlar bunu təsdiqləyir ölkələrimizdə ictimai-siyasi sabitlik pozulmuşdu, təəssüf ki, həm Tacikistanda, həm də Azərbaycanda vətəndaş müharibəsi gedirdi. Həm Tacikistan  Prezidenti, həm də ulu öndər Heydər Əliyev, – hərəsi öz ölkəsində, - qanlı səhifəni çevirmək və ölkələrimizi inkişaf yoluna çıxarmaq üçün nə mümkündürsə etdilər və buna nail oldular.  Hazırda dövlətlərimiz sabitdir. Bu gün bütün sahələr üzrə qarşılıqlı əməkdaşlıq  yüksək səviyyədədir. Hazırda Tacikistandan olan 50-yə yaxın kursant Azərbaycanın Müdafiə Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin tədris müəssisələrində təhsil alır. Cənab Prezident qeyd etdi ki, bütün istiqamətlər üzrə necə irəliləmək barədə dəqiq təsəvvürlər mövcuddur. Nəqliyyat-logistika sahəsinə, sənaye kooperasiyasına, investisiya layihələri ilə bağlı məsələlərə dair konkret tapşırıqlar verilib. Azərbaycan Tacikistanda investisiya layihələrini ciddi nəzərdən keçirməyə hazırdır. Tacikistan bizə yaxın və sabitlik hökm sürən ölkədir.

DİGƏR Xəbərlər Arxiv