YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əlaqələr tarixi köklərə, milli dəyərlərə əsaslanır

Malik Mirzəyev

YAP Lerik rayon təşkilatının sədri

Prezident İlham Əliyevin aprelin 10-da Qazaxıstan Respublikasına rəsmi səfəri olduqca mühim hadisədir. Yüksək səviyyədə keçən səfər, Azərbaycan və Qazaxıstan Prezidentlərinin görüşləri, aparılan müzakirələr, imzalanan sənədlər ölkələrimiz arasında çoxillik münasibətləri yeni mərhələyə çıxarır. Bu səfər heç şübhəsiz ki, Azərbaycanla Qazaxısatan arasında əməkdaşlığın gələcək inkişafı üçün olduqca əhəmiyyətlidir. Azərbaycan-Qazaxıstan əlaqələri bütün sahələrdə uğurla inkişaf edir, dövlət və hökumət başçılarının qarşılıqlı səfərləri ölkələrimiz arasında əməkdaşlığın ildən-ilə güclənməsinə mühüm təsir göstərməkdədir. İki dövlət arasında ən müxtəlif sahələrə dair imzalanmış mühüm sazişlər əməkdaşlığın yüksək dinamizmlə inkişaf etdirilməsinə zəmin yaratmışdır. Ortaq tarixə, mədəniyyətə malik olan türk dövlətləri arasında bütün sahələrdə əməkdaşlıq əlaqələrinin möhkəmlənməsi böyük perspektivlərdən xəbər verir.

Önəmli məqamlardan biri də xalqlarımızın tarixi bağlılığı, dərin köklərə söykənən ənənələrdir. Azərbaycan və Qazaxıstan türk dünyasının bir parçası kimi daha da yaxınlaşması, qarşılıqlı əlaqələrin daha da sıx olması çox önəmlidir. Türk dövlətləri arasında əlaqələrdə yeni bir mərhələ formalaşıb. Əlaqələrin inkişafı və yeni dövrün çağırışlarına uyğun dövlətlər arasında münasibətlər qurulur. Bu əlaqələr tarixi köklərə, milli dəyərlərə əsaslanır. Eyni kökdən və tarixdən formalaşan münasibətlər iki ölkə arasında əlaqələrin daha da dərinləşməsində mühüm önəm kəsb edir. Bu baxımdan Azərbaycanla Qazaxıstan arasında əlaqələrin son dövrlər yüksələn xəttlə inkişafını xüsusi ilə qeyd etmək olar. Bu münasibətlərin möhkəmlənməsi Türk dünyasına verilən böyük töhfələrdən biridir.

Azərbaycanla Qazaxıstan müstəqillik əldə etdikdən sonra hər iki ölkə arasında münasibətlərin dərinləşməsində Ümummilli Lider Heydər Əliyevin danılmaz xidmətləri olub. Sonrakı illərdə bu siyasət Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən də uğurla davam etdirilib, dövlətlərarası münasibətlər daha da möhkəmlənib. Bu gün xalqlarımız arasında da yenilməz dostluq və qardaşlıq münasibətləri yüksələn xətt üzrə inkişaf edir.

Bu gün Azərbaycan-Qazaxıstan münasibətləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev tərəfindən uğurla davam və inkişaf etdirilir. Bu gün Azərbaycan Qazaxıstanla ən yüksək səviyyədə diplomatik əlaqələrin qurulmasında və inkişaf etdirilməsində bölgənin lider dövləti kimi mühüm təşəbbüslər göstərir, türk birliyinin inkişafına böyük töhfələr verir.

DİGƏR Xəbərlər Arxiv