YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mühüm nailiyyətlər

Rövşən Əhmədov

YAP Ağcabədi rayon təşkilatının sədri

Azərbaycan-Tacikistan münasibətlərinin tarixi uzaq əsrlərə təsadüf edir. Tacik-fars ədəbiyyatının klassikləri Azərbaycanda sevildikləri kimi, dünya ədəbiyyatı xəzinəsinə misilsiz töhfə vermiş böyük Azərbaycan şairləri Məhəmməd Füzuli, Nizami Gəncəvi də tacik xalqı tərəfindən daima hörmətlə qarşılanıb.

Dərin tarixi köklərə söykənən Azərbaycan - Tacikistan əlaqələri hər iki respublika müstəqillik əldə etdikdən sonra daha da inkişaf etməyə başlayıb.  Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş sıx, qarşılıqlı etimada əsaslanan əlaqələr nəticəsində Tacikistan və Azərbaycan səmərəli qarşılıqlı fəaliyyət mexanizmləri qurmuş və xalqlarımızın rifahına xidmət edən mühüm nailiyyətlər qazanılmışdır.

Aprelin 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tacikistan Respublikasına növbəti səfəri həm bu əlaqələrin, həm də xalqlarımızın çoxəsrlik qarşılıqlı ünsiyyət tellərinin məntiqi davamıdır. Dövlət səfəri ikitərəfli qarşılıqlı əlaqələrin inkişaf etdirilməsinə və dərinləşdirilməsinə xidmət edəcək. Danışıqların gedişində ikitərəfli münasibətlərin vəziyyəti və inkişaf perspektivləri ətraflı nəzərdən keçirilmiş, hır iki ölkə üçün aktual olan bütün məsələlərə dair fikir mübadiləsi aparılmışdır. Səfər çərçivəsində imzalanmış ikitərəfli sənədlər Azərbaycan-Tacikistan əlaqələrinin hüquqi bazasının möhkəmləndirilməsini və tamamlanmasını təmin edəcəkdir.

Səfər zamanı əldə edilən razılaşmalara uyğun olaraq ölkələrimiz arasında əmtəə dövriyyəsinin həcminin artırılmasına dair təxirəsalınmaz tədbirlər görülməsi planlaşdırılmış, investisiyalar, sənaye kooperasiyası, kənd təsərrüfatı, nəqliyyat sahələrində və yanacaq-energetika kompleksində qarşılıqlı fəaliyyətin istiqamətləri müəyyən edilmişdir. Tacikistan Prezidenti Energetika sektorunda Tacikistanın neft-qaz yataqlarının işlənilməsində Azərbaycan şirkətlərinin iştirakında maraqlı olduğunu bəyan etmişdir.

Sənaye kooperasiyası sahəsində yüngül, kimya və dağ-mədən sənayesi, tikinti materiallarının istehsalı, alüminiumun, pambıq lifinin, qiymətli və yarımqiymətli daşların və metalların emalı sahələrində birgə layihələrin həyata keçirilməsi üçün böyük imkanlar olduğu vurğulanmışdır.

Tacikistan  Azərbaycanın əlverişli tranzit imkanlarından fəal istifadə edərək dövlət və kommersiya strukturlarının yükdaşıma həcmlərini artırmağı planlaşdırır.

Azərbaycanla Tacikistan bir çox regional təşkilatlarda, həmçinin, TRACECA kimi beynəlxalq proqramda faydalı əməkdaşlıq edirlər. Səfər zamanı regional və beynəlxalq xarakterli aktual məsələlərin bütün məcmusuna dair fikir mübadiləsi aparılmlış, beynəlxalq və regional təşkilatlar məkanında bundan sonra da qarşılıqlı fəaliyyət göstərilməsinin, ilk növbədə, BMT-də ölkələrimizin bir-birini qarşılıqlı dəstəkləmək praktikasını davam etdirməyin zəruriliyi qeyd edilmişdir.

Dünyada baş verən proseslər ölkələrdən birgə əməkdaşlıq, birlikdə hərəkət etməyi və ümumi səylər göstərməyi tələb edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tacikistan Respublikasına dövlət səfəri də əlaqələrimizin genişlənməsini, dərinləşməsini və strateji xarakter almasını şərtləndirir.

DİGƏR Xəbərlər Arxiv