YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

San-Marinonun Kapitan-Regentləri birinci Avropa Oyunlarının açılış mərasimini izləmək üçün Azərbaycana gəliblər

Artıq beynəlxalq ictimaiyyətin diqqəti son illərdə sürətli inkişaf prosesləri yaşanan, güclü potensialı ilə dünya birliyinin maraq dairəsinə çevrilən ölkəmizə - Odlar Yurdu Azərbaycana yönəlib. İndi dünyanın ən nüfuzlu kütləvi informasiya vasitələrinin baş xəbəri Azərbaycan və Bakıda keçiriləcək birinci Avropa Oyunlarıdır. Qitənin ən böyük və mötəbər idman bayramında - birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün ölkəmizə çoxsaylı qonaqların, mədəniyyət və incəsənət xadimlərinin, turistlərin axını davam edir. Bu gündən etibarən bir çox ölkələrin dövlət və hökumət başçılarının, yüksək səviyyəli qonaqların ölkəmizə səfəri başlayıb.

İyunun 10-da San-Marino Respublikasının Kapitan-Regentləri Andrea Belluzi və Roberto Venturini birinci Avropa Oyunlarının açılış mərasimini izləmək üçün Azərbaycana gəliblər.

Heydər Əliyev Beynəlxalq Aeroportunda San-Marinonun Kapitan-Regentlərini Xarici İşlər Nazirliyinin və “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin nümayəndələri qarşılayıblar.

 

DİGƏR Xəbərlər Arxiv