YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Heydər Əliyev irsi milli sərvətimizdir

Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatının təşəbbüsü ilə ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Heydər Əliyev dərsləri”nə start verilib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin zəngin irsinin daha dərindən öyrənilməsi məqsədilə keçirilən açıq dərsin iştirakçıları F.Gözəlov adına 124 nömrəli tam orta məktəbin X-XI sinif şagirdləri olublar.

Əvvəlcə Dövlət Himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Vətən oğullarının və qardaş Türkiyədə zəlzələ zamanı həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Açıq dərsə qatılan şagirdlərə YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov və Milli Məclisin deputatı Rauf Əliyev tərəfindən “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın memarı və qurucusudur” mövzusunda mühazirə oxunub.

YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov ulu öndər Heydər Əliyevə həsr olunan dərslərin keçirilməsinin əhəmiyyətindən danışıb. Qeyd edib ki, Heydər Əliyevin fəaliyyəti bir məktəbdir. Hər bir Azərbaycan vətəndaşı bu məktəbi öyrənməyə borcludur. Çünki bu günümüz, işıqlı gələcəyimiz üçün dahi şəxsiyyətə borcluyuq. Heydər Əliyev irsi öyrənilməli, nəsildən-nəslə ötürülməlidir. Həmçinin qeyd olunub ki, Heydər Əliyevin 100 illiyi ilə əlaqədar cari ilin fevral ayından başlayaraq YAP Xəzər rayon təşkilatının təşkilatçılığı ilə Xəzər rayonunun bütün məktəblərində açıq dərslər keçiriləcək.

Daha sonra Milli Məclisin deputatı Rauf Əliyev müasir və müstəqil Azərbaycan Respublikasının qurucusu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərindən danışıb. Ulu Öndərin zəngin irsinin gənclərimiz tərəfindən dərindən öyrənilməsinin vacibliyi şagirdlərin diqqətinə çatdırılıb. O, bildirib ki, Heydər Əliyevin irsi bizim milli sərvətimizdir. Onu öyrənmək, gələcək nəsillərə çatdırmaq hər şeydən əvvəl bizim vətəndaşlıq borcumuzdur.

Diskussiya şəklində davam edən açıq dərsdə şagirdləri maraqlandıran suallar cavablandırılıb.

DİGƏR Xəbərlər Arxiv