YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qaz və bərpaolunan enerji istehsalı ilə bağlı planlarımız uğurlu olacaq

Ramiz Hüseynov

YAP İdarə Heyətinin üzvü, Sumqayıt şəhər təşkilatının sədri

Prezident İlham Əliyev cənablarının sarsılmaz iradəsi, uzaqgörən daxili və xarici siyasəti sayəsində həm işğaldan azad olunmuş torpaqlarımızda quruculuq işlərinin aparılması, həm də dünyanın bir çox ölkələri ilə qarşılıqlı maraqlar əsasında qurulmuş ikitərəfli əməkdaşlıqların yaradılması Azərbaycan üçün prioritet təşkil edir. Xüsusən, Avropa ölkələrinin Azərbaycanla enerji təhlükəsizlikləri, logistika, yükdaşımaların təşkili və s. baxımından strateji tərəfdaşlıqlarının qurulması Azərbaycan qədər bu dövlətlər üçün də prioritet təşkil edir. Avropanın bir sıra dövlətləri kimi, enerji təhlükəsizliyi məsələlərinə böyük diqqət yetirən Rumıniya da bizim gələcək ümumi addımlarımızın strateji tərəfdaşlarımız arasında əlaqələndirmə nəticəsində atılmasına maraqlıdır.

Bu baxımdan artıq doqquzuncu dəfədir ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının toplantısının keçirilməsi, toplantıda görülən işlərin nəzərdən keçirilməsi və ən vacibi, gələcək addımların planlaşdırılması baxımından aktuallıq kəsb edir.

Cənub Qaz Dəhlizi Məşvərət Şurasının səkkizinci toplantısından sonra dəyişmə dinamikası çox yüksək olan dünyada enerji təhlükəsizliyi məsələlərinin hər bir ölkə üçün əhəmiyyətinin daha da artdığına və enerji təhlükəsizliyinin milli təhlükəsizlik məsələsi səviyyəsinə qalxmasına görə qaz ixracında yeni marşrutların qurulması və yeni mənbələrin cəlb olunması baxımından heç vaxt görünmədiyi qədər vacib olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 3-də Bakıda, "Gülüstan" sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının açılışında etdiyi çıxış bu baxımdan müstəsna əhəmiyyətə malikdir.

Prezident İlham Əliyev çıxışında da qeyd etdiyi kimi, Avropaya qaz təchizatının artırılması ilə bağlı Avropa Komissiyası ilə imzalanmış Anlaşma Memorandumundan  sonra Azərbaycan daha çox qazın təchiz edilməsi məqsədilə əlavə imkanların yaradılması üçün fəal şəkildə işləməyə, mövcud “Şahdəniz” yatağında hasilatın artırılmasına, həmçinin ölkə daxilində enerji səmərəliliyinin təmin olunması üçün tutulmuş proqrama uyğun olaraq Azərbaycanda elektrik enerjisinin istehsalında istifadə olunan təbii qaza qənaət edərək ixrac məqsədilə istifadə olunmasına çalışılır.

Artıq təsdiq olunmuş faktdır ki, Azərbaycan çox böyük yaşıl enerji potensialına malikdir. Yalnız dənizdə külək enerjisinin potensialı 157 qiqavatdır, quruda külək və günəş enerjisinin potensialı 27 qiqavatdır, Vətən müharibəsi zamanı azad etdiyimiz torpaqlarda 10 qiqavata yaxındır. Naxçıvan Muxtar Respublikasında böyük bərpaolunan enerji potensialı müəyyən olunmuşdur və hazırda 500 meqavatlıq günəş elektrik stansiyasının tikintisinin mümkünlüyü ilə bağlı danışıqlar aparılır.

Prezident İlham Əliyevin güclü siyasi iradəsi və hökumətimizin uğurlu fəaliyyəti sayəsində müxtəlif formatlarda və müxtəlif ölkələrlə birgə həyata keçirdiyimiz bütün layihələr – istər Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, istər Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri, istərsə də Cənub Qaz Dəhlizi uğurlu olmuşdur. Bu, bir daha Avropa qitəsində həm təbii qaz, həm də bərpaolunan enerji istehsalı ilə bağlı gələcək planlarımızın uğurlu olacağını təsdiq edir.

DİGƏR Xəbərlər Arxiv