YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın yaşıl enerjisindən Avropa ölkələri faydalanacaq

Rövşən Əhmədov

YAP Ağcabədi rayon təşkilatının sədri

Azərbaycan Avropanın enerji təhlükəsizliyində xüsusi rol oynayır. Bunu qiymətləndirən digər Avropa ölkələri kimi Rumıniya da Azərbaycanı regionda əsas tərəfdaş ölkə hesab edir. Regional və beynəlxalq təşkilatlarda Azərbaycan və Rumıniya yaxından əməkdaşlıq edirlər.

Strateji tərəfdaşlığa dair imzalanmış iki sənəd əsasında Rumıniya və Azərbaycan uzun illər ərzində əlaqələrini strateji tərəfdaşlıq əsasında inkişaf etdirirlər.

Rumıniya Prezidenti Klaus Yohannisin Azərbaycana fevralın 2-də baş tutan səfəri Azərbaycanla Rumıniya arasında münasibətlərə və strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə şərait yaradacaqdır. İki ölkə arasında əməkdaşlıq, Azərbaycan qazının Rumıniyaya çatdırılması, yaşıl enerji ilə bağlı reallaşdırılacaq layihələr məhz strateji tərəfdaşlığın təzahürüdür.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışında bir daha qeyd etdi ki, Rumıniya Prezidenti Klaus Yohannis ilə müzakirə olunan və həll edilən məsələlər doğrudan da strateji əhəmiyyət daşıyır.

Bu gün Azərbaycan Rumıniya əməkdaşlığı yeni mərhələdə uğurla davam etdirilir. Buxarestdə təbii qazın Rumıniyaya çatdırılmasına dair saziş imzalanmışdır. Beləliklə, Azərbaycan qazı Avropa məkanında yeni ünvana çatacaq və bununla paralel olaraq, Rumıniya imkanlarından istifadə edərək digər Avropa ölkələrinə Azərbaycan qazı nəql ediləcəkdir.

Energetika, təkcə Rumıniya-Azərbaycan əlaqələrinin yox, bütövlükdə dünya gündəliyinin mərkəzində olan məsələdir.

Azərbaycan yalnız ənənəvi enerji istehsalı deyil, eyni zamanda alternativ mənbələrdən əldə edilən enerji potensialına görə də fərqlənən ölkələrdəndir. Artıq Azərbaycan Avropa İttifaqına alternativ mənbələrindən əldə etdiyi enerjini ixrac etmək niyyətindədir. Bununla bağlı Rumıniyada anlaşma imzalanmışdır. Azərbaycanın yaşıl enerjisindən yalnız Rumıniya deyil, eyni zamanda gələcəkdə bir sıra digər Avropa ölkələri faydalanacaq. İlkin olaraq Qara Dənizin dibindən Rumıniyaya çəkilən xətt vasitəsi ilə Azərbaycan Avropaya 4 min meqavat elektrik enerjisi ixrac etmək niyyətindədir. Bu da Azərbaycanın Avropaya həm də alternativ enerji mənbələrindən elektrik enerjisi ixrac etməsinə imkan verəcək.

Bütün bunlar Azərbaycanın geosiyasi mövqeyini daha da gücləndirəcək. Çünki praktiki olaraq Azərbaycan regionun enerji təhlükəsizliyinə töhvə verən ölkədir.

Son anlaşmalar və Rumıniya ilə müzakirələr göstərir ki, Azərbaycanla Avropa arasında münasibətlərin inkişaf etməsi fonunda, ölkəmiz artıq alternativ mənbələrdən əldə edilən məhsullarla, xüsusən də yaşıl enerji ilə Avropa bazarına çıxmaq niyyətindədir.

DİGƏR Xəbərlər Arxiv