Xəbərlər
“SOCAR-AQŞ” “bp Azerbaijan” şirkəti tərəfindən “İlin şirkəti” mükafatına layiq görülüb
XXII Beynəlxalq “Xəzər Neft və Qaz” sərgisi çərçivəsində “SOCAR-AQŞ” “Qabaqcıl texnologiyaların uğurlu tətbiqi” nominasiyası üzrə “bp Azerbaijan” şirkətinin “İlin şirkəti” mükafatına layiq görülüb.
“SOCAR-AQŞ”dən bildirilib ki, müəssisənin baş direktoru Ramin İsayev bp və onun tərəfdaşları tərəfindən təsis edilən Sahibkarlığın İnkişafı və Təlimi Proqramının (SİTP) yerli müəssisələrin inkişafında böyük rol oynayaraq şirkətlərin öz xidmət və təkliflərini nəinki milli səviyyədə, eyni zamanda regional və beynəlxalq səviyyədə uğurla təqdim etməyə imkan verdiyini deyib. O qeyd edib ki, əldə edilən uğurlar yaxın gələcəkdə bp ilə daha məhsuldar əməkdaşlıq üçün geniş imkanlar açacaq.