YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

2025-ci ildə Azərbaycanda qaz hasilatını laylara vurulan qaz istisna olmaqla 40 milyard kubmetrə çatdırmaq mümkündür

2015-ci ildə Azərbaycan üzrə qaz hasilatının laylara vurulan qaz istisna olmaqla 20 milyard kubmetr, 2025-ci ildə isə 40 milyard kubmetrə çatdırmaq üçün imkanlar böyükdür. Bu, regionun və Avropa ölkələrinin enerji təhlükəsizliyində Azərbaycanın rolunu daha da artıracaq.

Bu fikirləri Bakıda keçirilən 22-ci Beynəlxalq “Xəzər Neft və Qaz” konfransındakı çıxışı zamanı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev səsləndirib. “Yaxın və orta perspektivdə Azərbaycanda neft-qaz hasilatının sabit saxlanılması və artırılması məqsədilə SOCAR xarici tərəfdaşları ilə birlikdə digər yataq və sahələrdə də məqsədyönlü işlərini davam etdirir. Mövcud layihələr üzrə görülən tədbirlər, eləcə də perspektiv strukturların potensialı nikbin proqnozlar üçün əsas verir”, - deyə R.Abdullayev qeyd edib.

 

DİGƏR Xəbərlər Arxiv