Xəbərlər
Əflatun Amaşov: Azərbaycanda mətbuata dövlət qayğısı yüksək səviyyədədir
«Azərbaycanda mətbuata dövlət qayğısı yüksək səviyyədədir». Bu fikri Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.
Ə.Amaşov bildirib ki, Prezident İlham Əliyevin Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında imzaladığı Sərəncam böyük əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, mətbuata dövlət qayğısı baxımından Azərbaycan dünya ölkələri üçün nümunədir.
«Ümumiyyətlə, Azərbaycanda dövlətin mətbuata qayğısının özünün spesifikliyi var. Jurnalistika elə bir sahədir ki, bu sahədə uzun illər insanlar çalışıb. Bu sahədə işləyən insanların sosial problemlərini həll etmək, onların mənzil problemlərinin aradan qaldırılması üçün dövlət xüsusi olaraq fəaliyyət göstərir. Məsələn, Azərbaycanda dövlət jurnalistləri mənzillə təmənnasız təmin edir ki, dünyanın heç bir ölkəsində yoxdur»- deyə, Ə.Amaşov vurğulayıb.