YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın siyasəti əməkdaşlığa əsaslanır

Fəqət Şadlinskaya

YAP Bərdə rayon təşkilatının sədri

Azərbaycanın enerji diplomatiyasının uğurlarının xronologiyası bu fikri böyük qətiyyətlə qeyd etməyə əsas verir ki, iqtisadi amil hər bir ölkənin inkişafında başlıca faktordur. Regional çərçivədə başlanan əməkdaşlıq əlaqələri illər geçdikcə coğrafiyasını daha da genişləndirərək beynəlxalq müstəviyə keçdi. Bu, Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatına töhfələrinin davamlılığını təmin etmək üçün böyük potensiala malik olduğunu, ölkəmizin etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmlənməsini təsdiqləyir. Azərbaycan mövcud  potensialdan səmərəli istifadə etmək üçün səylərin birləşdirilməsinə, təcrübə mübadiləsinin aparılmasına xüsusi diqqət göstərir.  Dövlət başçısı İlham Əliyev ötən  il  Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin  toplantısında bu çağırışı səsləndirmişdir: “Bir daha qeyd edim ki, biz bu yola çıxanda işlərin necə olacağı çox aydın deyildi. Biz əməkdaşlığın yeni formatına qədəm qoymuşduq, bu ölkələrin bəziləri ilə bizim heç vaxt bu formatda əməkdaşlığımız olmamışdı. Lakin bu, uğurlu oldu. Çünki biz səmimi, açıq və vicdanlı idik və eyni məqsədimiz var idi. Məqsədimiz budur, layihələr müxtəlif ola bilər, lakin əməkdaşlığın ruhu bizə planlaşdırdığımız hər şeyə nail olmağa kömək edəcək.”

Cənub Qaz Dəhlizi layihəsi çoxtərəfli əməkdaşlığın başlanğıcı kimi dəyərləndirildi. Bu layihə 2020-ci ilin dekabrında TAP-ın icrasının başa çatması ilə tam tərkibdə istifadəyə verildi. Onu da qeyd edək ki, cənab İlham Əliyev 2014-cü ildə Cənub Qaz Dəhlizinin təməlqoyma mərasimində bu fikri xüsusi qeyd etmişdir ki, bu addım bugünədək görülən işlərin zirvəsidir. Dövlət başçısı, həmçinin bu layihənin nəzərdə tutulan vaxtda uğurla başa çatdırılacağına əminliyini ifadə etmişdir. 2018-ci ildə Cənub Qaz Dəhlizinin rəsmi açılışı, həmin ilin iyun ayında bu layihənin əsas tərkib hissələrindən olan TANAP-ın istifadəyə verilməsi hər bir vədin konkret əməli fəaliyyətin nəticəsində uğulu sonluqla başa çatdığını təsdiqləyir.

Dövət başçısı İlham Əliyev yanvarın 17-də Davosda Çinin CGTN (China Global Television Network) televiziya kanalına müsahibəsində də əməkdaşlıq əlaqələrinin gələcəyindən geniş bəhs etdi. “Biz Çinlə əməkdaşlıq portfelimizə yaşıl enerji sahəsində əməkdaşlığı əlavə etmək istəyirik. Çünki Azərbaycanda böyük potensial var və Çində böyük texnoloji nailiyyətlər mövcuddur. Beləliklə, biz bu səyləri birləşdirməliyik” söyləyən dövlət başçısı İlham Əliyev onu da əlavə etdi ki, dəstək və əməkdaşlıqla bağlı qlobal arenada Çinin gördüyü işlər beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməlidir. Çin bunu qlobal, Azərbaycan regional miqyasda edir. Çin dünyada ən çox uğur qazanmış ölkələrdəndir və dünyanın aparıcı iqtisadiyyatlarındandır. Cənab İlham Əliyev bu əminliyi də ifadə etdi ki, Çin özünün iqtisadi və sosial inkişafında uğurlar əldə etməyə davam edəcək və bizi birləşdirəcək Orta Dəhliz layihəsi uğurla həyata keçiriləcək.

Dövlət başçısı İlham Əliyevin Əbu-Dabi Dayanıqlılıq Həftəsinin açılış mərasimindəki nitqində də əməkdaşlıq məsələlərinə xüsusi diqqət yönəltdi. Əbu-Dabi Dayanıqlılıq Həftəsi dünyanın dayanıqlı inkişafının sürətləndirilməsini hədəfləyən beynəlxalq platformadır. Dayanıqlılıq Həftəsi bu məqsədə çatmaq üçün öz proqramını üç prinsip - qlobal əməkdaşlıq və liderlik, iqtisadi inkişaf və texnologiya, eləcə də innovasiya üzrə həyata keçirir. Əbu-Dabi Dayanıqlılıq Həftəsi planetimizin gələcəyində payı olan dövlət və hökumət başçılarını, siyasətçiləri, sənaye liderlərini, sərmayəçiləri, iş adamlarını və gəncləri aktual məsələlərin müzakirəsi üçün bir araya gətirir.

Qısa təhlil əsasında bu fikri inamla qeyd edə bilərik ki, Azərbaycanın siyasəti sözün əsl mənasında əməkdaşlığa əsaslanıb. Əməkdaşlıq uğurlara geniş yol açır.

DİGƏR Xəbərlər Arxiv