Xəbərlər
Cahid Bağçı: Azərbaycan xalqı Osmanlı əsgərlərini özünə qardaşı bilib
Türkiyə-Azərbaycan əlaqələrinə tarix təyin etmək mümkün deyil. İki dövlət mübarizələrdə hər zaman çiyin-çiyinə olub və bir-birinə dəstək verib.
Bu fikirləri Qərbi Azərbaycan İcmasında keçirilən görüşdə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı söyləyib.
Səfir qeyd edib ki, Qafqaz İslam Ordusunun əsgərləri Göyçədə, Bakıda, Şamaxıda döyüşüblər. Azərbaycan xalqı Osmanlı əsgərlərini qardaşı bildiyi üçün öz torpağında dəfn edib.