YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan dünyada böyük enerji ölkəsi kimi qəbul olunur

Təvəkkül Əliyev

YAP Şuşa rayon təşkilatının sədri  

Prezident İlham Əliyev Davos Dünya İqtisadi Forumunun 53-cü toplantısında iştirak edib. Davos Forumunda Azərbaycana göstərilən diqqət Prezident İlham Əliyevin qlobal nüfuzunun, siyasi təcrübəsi və uğurlu siyasətinin nəticəsidir. Davos Forumu dünyada  yüksək səviyyəli iştirakçıları ilə məşhurdur. Dünya birliyinin bütün sektorlarından ən vacib liderləri bir araya gətirmək və ən önəmli qlobal problemlərin mümkün həll yollarını müəyyənləşdirmək Forumun əsas strategiyasıdır. Dünya İqtisadi Forumu Azərbaycan reallıqlarını beynəlxalq ictimaiyyətə təqdim etmək üçün gözəl bir platforma olmaqla yanaşı, dünyada baş verən iqtisadi meyillər haqqında dolğun məlumat əldə etməyə imkan yaradır.

Cənab Prezident Davosda olduğu müddətdə Azərbaycan həqiqətlərini bir daha  dünya liderlərinə çatdırırdı. Forum müddətində cənab Prezidentinin siyasi liderlərlə də çox mühüm və məhsuldar görüşləri oldu. Çıxışı zamanı cənab İlham Əliyev Orta Dəhlizin üstünlüklərindən, Qərblə Şərqin arasında çoğrafi bağlantıya malik olan Azərbaycanın böyük inkişaf yolu keçmiş nəqliyyat infrastrukturundan söhbət açıb. “Vahid pəncərə” sistemini tətbiq etmək üçün Mərkəzi Asiya, Qafqaz və Avropa arasında daha da sıx əməkdaşlığın zəruriliyini vurğulayıb. Həmçinin tranzit potensialının reallaşdırılmasına, iqtisadiyyatın müxtəlif sahələrində, xüsusən, enerji sahəsində qlobal əhəmiyyətli layihələrin icrasına aid məsələlərin müzakirəsində yaxından iştirak etmişdir.

Bəli bu gün Azərbaycan Ermənistan istisna olmaqla qonşularla siyasi konfliktlər yaşamır, isti əlaqələrə malikdir və əməkdaşlıq edir. Bu isə ölkəmizin  təhlükəsizliyi və davamlı inkişafı üçün əlavə avantaj yaradır. Bu cür əlaqələr regionun da taleyinə müsbət təsir edir. Artıq Azərbaycan Avropanın enerji xəritəsini əhəmiyyətli dərəcədə dəyişdirməyi bacarmış bir dövlətdir və dünyada böyük neft-qaz,enerji ölkəsi kimi qəbul olunur. Son illər ərzində həyata keçirilmiş strateji enerji layihələri belə deməyə əsas verir.

2022-2030-cu illəri əhatə edəcək yeni strateji inkişaf mərhələsindən dövlətimizin  mühüm gözləntiləri var. Torpaqlarımızın işğaldan azad olunduğu bir dövrdə qarşıda iqtisadi artımın daha dayanıqlı tələblərlə hərəkətə gətirilməsi, milli iqtisadiyyatın rəqabət qabiliyyətinin innovasiya yönümlülüyünün gücləndirilməsi və azad edilmiş ərazilərin inteqrasiyası kimi yeni vəzifələr durur. Ona görə də xalqımız bu vəzifələrin məhz İlham Əliyev tərəfindən daha uğurla həyata keçirilə biləcəyini nəzərə alaraq, bundan sonra da dövlətimizin idarə edilməsini tərəddüd etmədən Prezident İlham Əliyevə etibar edir.

DİGƏR Xəbərlər Arxiv