Xəbərlər
Robert Sekuta: İlk Avropa Oyunları bütün xalqların nümayəndələrini bir araya gətirəcək
ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta jurnalistlərə müsahibəsində deyib ki, birinci Avropa Oyunları bütün xalqların nümayəndələrini bir araya gətirmək üçün yaxşı səbəbdir.
Səfir bildirib ki, Azərbaycanda Avropa Oyunlarından əvvəl hər kəs ölkədə geniş tikinti, quruculuq və abadlıq işlərinin aparıldığının şahidi olub. ABŞ idmanın müxtəlif xalqların nümayəndələrini bir araya gətirmək, yoldaşlıq mühiti yaratmaq kimi xüsusiyyətlərini təqdir edir.
Səfir deyib: “Hökumətimiz və şəxsən öz adımdan bütün iştirakçılara, o cümlədən azərbaycanlı idmançılara uğurlar arzulayıram”.