Xəbərlər
Türkiyə Milli Olimpiya Komitəsinin saytı idmansevərləri “Bakı-2015” barədə məlumatlandırmaqda davam edir
Türkiyə Milli Olimpiya Komitəsinin rəsmi saytı “Bakı-2015” birinci Avropa Oyunları barədə mühüm məlumatları operativ qaydada yaymaqda davam edir.
Saytda yaradılmış “Bakı-2015” birinci Avropa Oyunları” bölməsində xəbərlər türk və ingilis dillərində yayılır. Oyunlarla bağlı yeniliklər, xarici media mənsublarının qeydiyyatı qaydaları, ayrı-ayrı ölkələri təmsil edəcək atletlər və s. barədə məlumatlar mütəmadi olaraq idmansevərlərə çatdırılır. Saytda, həmçinin “Bakı-2015”də Türkiyə idmançılarının iştirakına dair bütün xəbərlərlə tanış olmaq mümkündür.