Xəbərlər
Qazilərə bayram sovqatları təqdim olunub
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının əməkdaşları rayon ərazisində yaşayan Vətən müharibəsi qazilərini ziyarət ediblər.
Ziyarət çərçivəsində qazilərə bayram sovqatları təqdim olunub.
Qazilər onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.