YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycana dünyada nüfuz qazandıran Lider

Emin Bağırov

Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun böyük elmi işçisi, mexanika üzrə fəlsəfə doktoru

Geriyə boylandıqca, kitabları vərəqlədikcə və bu günün reallıqlarına nəzər saldıqca şahid oluruq ki, lidersizlik bir xalq üçün çoxsaylı ciddi problemlər yaradır. Lidersiz xalq heç vaxt qarşıya qoyulan məqsədə nail ola bilmir, pərakəndəlik və bunun fonunda yaranmış boşluqlar Vətən, dövlət naminə belə onun həmrəy olmasına imkan vermir. Lider parlaq zəkası, xarizmatik keyfiyyəti ilə bir toplumun  həyatını dəyişir və əvəzolunmaz sevgi qazanır, xalqının xoşbəxtliyinə misilsiz töhfələr verir. Şübhəsiz ki, dünyada xalqının xoşbəxtliyi naminə yorulmadan çalışan və bu ali məqsədə nail olan bu cür liderlər azdır.

Məhz dünya azərbaycanlılarının lideri kimi Prezident  İlham Əliyev xalq və dövlət qarşısında böyük xidmətlər göstərmiş belə nadir şəxsiyyətlərdən biridir. Azərbaycanın yüksəliş və inkişaf tarixinin şanlı səhifəsi onun adı və imzası ilə bağlıdır.

Ölkəmizin başçısı Azərbaycanı yüksək inkişaf etmiş ölkələr sırasına çıxarıb, ona regionun lider dövləti statusunu qazandırıb. Dövlətimizin başçısının təşəbbüsləri ilə regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı, milli maraqlarının nəzərə alınması ilə həyata keçirilib. Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft kəməri, Cənub Qaz Dəhlizi, TAP, Bakı–Tbilisi–Qars dəmir yolu, Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizləri kimi mühüm layihələrin gerçəkləşməsi ilə ölkəmiz Cənubi Qafqazın energetika və nəqliyyat mərkəzinə çevirilib. Azərbaycan bu gün dünyanın məhdud saylı kosmik ölkələri sırasında yer alıb.

Təkcə son 10 ilin sosial- iqtisadi mənzərəsinə qısa nəzər salsaq, ölkə iqtisadiyyatının bugünkü vəziyyəti haqqında da aydın təsəvvür yaranar. Belə ki, bu müddətdə makroiqtisadi sabitlik və dayanıqlıq təmin edilib, sosial rifahı dəstəkləyən iqtisadi artıma nail olunub. Ölkədə möhkəm siyasi-ictimai sabitlik və təhlükəsizlik, uzaqgörən daxili və xarici siyasət qarşıya qoyulan mürəkkəb sosial-iqtisadi məqsədlərin reallaşmasında həlledici rol oynayıb. Milli iqtisadiyyatın aparıcı sahələrində müasir texnologiyaların geniş tətbiqi və keyfiyyətli insan kapitalının cəlbi nəticəsində məhsuldarlıq xeyli artıb, iqtisadiyyat sürətlə şaxələnib və daxili istehsal qlobal dəyər zəncirinə effektiv inteqrasiya edib. Azərbaycan 4-cü Sənaye İnqilabının aktiv mərkəzlərindən biri olmaqla xarici investorlar üçün böyük fürsətlər məkanına çevrilib. Bu dövrdə milli iqtisadiyyat 15 faiz böyüyüb, qeyri-neft ümumi daxili məhsul isə 1,4 dəfə artıb.

Azərbaycan tarixində heç vaxt unudulmayan hadisə isə şübhəsiz ki, Zəfər savaşıdır. Bundan əvvəl Prezident olaraq ulu öndər Heydər Əliyevin mükəmməl strategiyası ilə Azərbaycanı layiq olduğu zirvəyə qaldıran İlham Əliyev Azərbaycan tarixində ilkə imza ataraq Vətəni birləşdirən sərkərdə kimi xalqımızın canlı əfsanəsinə çevrildi. Tarixi ədalət İlham Əliyevin Ali Baş Komandanlığı altında bərpa edildi. Torpaqlarlmızın iyirmi faizini işğal edən xain düşmən ölkəmizin bütün barış, humanizm siyasətinə səssiz qaldı. Bununla bağlı qəsbkar beynəlxalq platformalarda səsləndirilən sülh çağırışlarına laqeydlik, saymazyanalıq göstərdi. Bütün bunlar azmış kimi, təmas xəttindəki təxribatlarla ölkəmizə qarşı yeni ərazi iddiaları səsləndirməkdən çəkinmədi.

Amma Prezident İlham Əliyevin fikri son dərəcədə aydın idi: Azərbaycan bu işğalla heç vaxt barışmayacaq. Barışmadı da, əks-həmlə əməliyyatları ilə 2020-ci il sentyabrın 27-də öz suverən hüquqlarının müdafiəsinə qalxdı.

Ali Baş Komandanın rəhbərliyi altında mifləşdirilən düşmən ordusu 44 gün ərzində məhv edildi, sağ qalanlar isə döyüş meydanından fərari kimi qaçdı. Torpaqlarımız düşmən tapdağından azad edildi, beləliklə, bir xalqın 30 illik həsrəti bitdi. Ermənistan kapitulyasiya aktını imza atmaqla rəzil itaətə məcbur oldu.

Bu gün ölkəmiz Prezident İlham Əliyevin liderliyi ilə həyatlnın xoşbəxt günlərini yaşayır. Ölkəmizin başçısı beynəlxalq münasibətlər sistemində, diplomatik müstəvidə, idarəçilikdə milli maraqlarımıza uyğun fəalliyəti ilə hər birimiz üçün numunə, örnək nümayiş etdirir. Bu fəaliyyət hər bir Azərbaycan vətəndaşına  Vətəni necə sevməyi, onu necə qorumağı öyrədir. Məhz bu ali keyfiyyətlərinə görə Prezident  İlham Əliyev hər birmizin sevimlisi və istinad nöqtəsidir və bukünku qüdrətli Azərbaycana görə hamımız ona borcluyuq!