Xəbərlər
YAP Qusar rayon təşkilatında tədbir keçirilib
Qusar rayon Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası (YAP) Qusar rayon təşkilatı tərəfindən “Böyük yolun müzəffər davamçısı” mövzusunda konfrans keçirilib.
YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov Prezident İlham Əliyevin 19 illik hakimiyyəti dövründə Azərbaycanın keçdiyi misilsiz inkişaf yoluna nəzər salıb.
19 ilin zirvəsində işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsinin dayandığı vurğulanıb. Qeyd olunub ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan qalib ölkəyə, xalqımız qalib xalqa çevrildi. Bu Qələbə sayəsində regionda yeni reallıqlar yarandı.
Konfransda çıxış edən Kənd təsərrüfatı işçiləri ərazi partiya təşkilatının sədri Rauf Minhacov, Qusar şəhər 1 saylı orta məktəbin təşkilatçısı Rəna Cəfərova, Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qusar filialının sədri Canəli Hörmətov, Qusar rayon Heydər Əliyev Mərkəzinin direktor əvəzi Lalə Kərimova Prezident İlham Əliyevin rəhbərliyi ilə görülmüş genişmiqyadlı işlər, sistemli və ardıcıl tədbirlərdən danışıb, dərin islahatlar nəticəsində Azərbaycanın sabit, təhlükəsiz ölkəyə, regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrildiyini qeyd ediblər.
Tədbir konsert proqramı ilə başa çatıb.