YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Samux rayon təşkilatında tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Samux rayon təşkilatında “Bu gün Ulu Öndərin şah əsəri olan müstəqil Azərbaycan etibarlı əllərdədir” mövzusunda ərazi partiya təşkilat sədrlərinin və partiya fəallarının iştirakı ilə tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 19 illik çoxşaxəli fəaliyyətindən danışıb, onun xalqın etimadına və inamına arxalanaraq verdiyi qərarlarla torpaqlarımızın işğaldan azad olunmasını, ölkəmizin ərazi bütövlüyünün təmin olunması missiyasının yerinə yetirildiyini diqqətə çatdırıb.

Qeyd edilib ki, məhz güclü ordu və peşəkar komandanlıq, düzgün idarəetmə və strategiya, habelə yüksək vətənpərvərlik ruhu, Ali Baş Komandanın xalqı öz ətrafında yumruq kimi birləşdirmə məharəti Vətən müharibəsində ölkəmizin Qələbəsini təmin edib.

Fəal partiya üzvləri Svetlana Məmmədova, Vidadi İsayev, Dilarə Əsgərova, Elnarə Əliyeva, Jalə Nəsibova və başqaları çıxışlarında aparılan uğurlu siyasət nəticəsində Azərbaycanda sosial-iqtisadi vəziyyətin xeyli yaxşılaşdığını qeyd edib, multikultural ənənələrə və milli-mənəvi dəyərlərə söykənən cəmiyyətin formalaşmasının dövlətin prioritet vəzifəsinə çevrildiyi, güclü və dayanıqlı iqtisadiyyat yaradıldığı, ölkənin artan imkanlarının insan kapitalının formalaşmasına, əhalinin sosial rifahının daha da yüksəlməsinə yönəldilərək Azərbaycanın nümunəvi sosial siyasət həyata keçirən dövlətə çevrilməsinin təmin edildiyi nəzərə çatdırılıb.