YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Erməni vandalizminə dünya ictimaiyyəti səssiz qalmamalıdır

Təvəkkül Əliyev

YAP Şuşa rayon təşkilatının sədri 

Artıq bir həftədir ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası davam edir. Dinc aksiya iştirakçıları mədənlərin qanunsuz istismarına, ekoloji terrora qarşı və vətənpərvərlik ruhunda şüarlar səsləndirirlər. Ancaq bəzi qərəzli mətbuat orqanlarında məlumat verilir ki, guya Azərbaycan tərəfi Laçın yolunu bağlayıb. Əslində isə dövlətimiz həmin yolu yüksək səviyyədə çəkib və mülki məqsədlər üçün, sülhə, birgəyaşayışa xidmət üçün istifadəyə verib. Ona görə də, Ermənistan hakimiyyətinin sözügedən etiraz aksiyasını yanlış yöndən şərh etmə cəhdləri əbəsdir, tam əsassızdır.

Ermənistan 30 ilə yaxın müddətdə Azərbaycanın işğal olunmuş torpaqlarında ekoloji terror törədib. İşğal dövründə Topxana meşələrindən başlayaraq Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Şuşa meşələrini yandıran, Üçtərəfli bəyanatdan sonra Kəlbəcər və digər ərazilərimizdən çıxarkən meşələri, evləri, tarixi-mədəni abidələri məhv etməklə kifayətlənməyən ermənilər indi də Laçın ərazisindəki meşə ərazilərimizi yandıraraq ətraf mühitə qəsdən zərər vururlar. Ermənistanın ekoloji terroru nəticəsində regionda ekoloji tarazlıq pozulub. Region ölkələri Azərbaycan torpaqlarında törədilən bu çirkin əməlləri təkcə Azərbaycana qarşı deyil, bəşəriyyətə və insanlığa qarşı yönəlmiş cinayət kimi qiymətləndirməlidir.

Azərbaycan hər zaman Ermənistanın törətdiyi  cinayətlər haqqında müvafiq beynəlxalq təşkilatları məlumatlandırır. Dövlətimiz erməni vandalizminin dünya ictimaiyyətinə çatdırılması istiqamətində tədbirlərini sistemli şəkildə davam etdirir. Ancaq təəssüflər olsun ki, ikili standart yürüdən bəzi beynəlxalq təşkilatlar bizim müraciət və çağırışlarımızı cavabsız qoyular. Hələ bəzi hallarda utanmaz-utanmaz ermənilərin törətdikləri təxribatları bizim ayağımıza yazmağa çalışırlar. Ancaq artıq zaman o zaman deyil. Dövlətimiz bütün platformalarda cənab İlham Əliyevin rəhbərliyi ilə öz hüquq və haqlarını müdafiə edə bilir.

Hazırda işğaldan azad edilmiş ərazilərimizdə ekoloji durumun bərpa edilməsi istiqamətində işlər davam etdirilir. Füzuli, Zəngilan və Ağdam rayonlarının ərazilərində ümumilikdə, 2000-dən çox müxtəlif növ ağac əkilib. Bu tədbirlər Qubadlıda, Cəbrayılda davam etdirilmişdir. Ümumiyyətlə, işğaldan azad olunmuş ərazilər minalardan təmizlənib təhlükəsiz vəziyyətə gətirildikcə ağacəkmə tədbirləri bütün Qarabağ bölgəsində hissə-hissə davam etdiriləcəkdir. Ermənistanın regionda törətdiyi təxribatlara baxmayaraq, bu gün Şuşada, Ağdamda, Füzulidə və Qarabağın digər rayonlarında həyata keçirilən bərpa-quruculuq tədbirləri sürətlə davam etdirilir.