YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın haqlı tələbləri beynəlxalq normalar çərçivəsindədir

Rafiq Əliyev

YAP Yevlax rayon təşkilatının sədri

44 günlük Vətən müharibəsində əldə etdiyimiz şanlı Qələbə və döyüş meydanında ermənilərin diz çöküb, ağır məğlubiyyətə uğraması hesab edirəm ki, Ermənistan siyasi rəhbərliyi üçün əsl dərs olmalı idi. Bu ağır məğlubiyyətdən sonra ermənilər öz öhdəliklərini yerinə yetirməli, vandalizm siyasətindən əl çəkməli idi. Əfsuslar olsun ki, biz bir çox hallarda yenidən onların riyakarlıq etdiyinə, həmçinin qanunsuz məqsədlər güdən xain havadarlarına güvənərək ikili standartlara əl atdığına şahid oluruq. Ermənistan ölkəmizdə qanunsuz istismar, ərazilərimizdə ekoloji terror törətməkdə davam edir.

Ölkəmizdə müvəqqəti missiyanı icra edən sülhməramlıların nəzarət etdikləri ərazilərdə bizə məxsus olan faydalı qazıntı yataqlarının qanunsuz istismarına son qoyulması ilə əlaqədar  azərbaycanlı könüllülər Laçın-Xankəndi yolunda aksiyaları, haqlı etirazları əzmlə davam etdirirlər. Aksiya iştirakçıları faydalı qazıntı yataqlarının qanunsuz talanmasını dayandırmağı, Rusiya sülhməramlı qüvvələrinin komandanı, general-mayor Andrey Volkovun əraziyə gələrək, onların tələblərini dinləməsini tələb edirlər. Bəli, ona görə ki, ərazidə olan qanunsuz fəaliyyətə görə məhz doğma torpaqlarımızda müvəqqəti missiyanı icra edən sülhməramlı kontingent cavabdehdir.Faydalı qazıntı yataqlarına, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına və vurulmuş bu zərərə görə Ermənistan siyasi rəhbərliyi və sülhməramlı kontingent  məsuliyyət daşıyır. Çünki, bu qanunsuz proses beynəlxalq hüquq normalarına da ziddir. Necə ki, Ölkə Prezidenti, Partiyamızın Sədri İlham Əliyev Vətən müharibəsindən öncə dəfələrlə bəyan etmişdi ki, əgər Ermənistan öz məsuliyyətini dərk edib, doğma torpaqlarımızı könüllü olaraq tərk etməsə, biz müvafiq addımlar atıb, düşmənin başını əzəcəyik. Doğrudan da məhz 44 günlük Vətən müharibəsi cənab Prezidentin sözlərinin təsdiqi, əyani sübutu olmuşdur. Ancaq bugün şahid oluruq ki, düşmən yenə də öz riyakar əməllərindən əl çəkmir. Düşmən elə zənn edir ki, biz bu qeyri-qanuni əməllərə göz yumacağıq. Hazırda ərazilərimizdə aparılmış qanunsuz istismara görə bir qrup azərbaycanlı könüllü etiraz aksiyasında öz haqlı tələbələrini irəli sürür və vətəndaşlıq mövqeyini nümayiş etdirir ki, bu da tamamilə başa düşüləndir. Bu məsələnin bir həlli vardır, əks təqdirdə erməni tərəfi ağır şəkildə növbəti dəfə cəzalandırılacaqdır. Azərbaycanın haqlı tələbləri bundan ibarətdir ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin peşəkar rəhbərliyi ilə yenilməz Ordumuzun şanlı Zəfərlə darmadağın etdiyi Ermənistan öz öhdəliyini üçtərəfli müqavilənin şərtlərinə uyğun olaraq tam şəkildə icra etməli, ərazimizdəki müvəqqəti yerləşən  sülhməramlı kontingent öz vəzifəsini beynəlxalq normalar çərçivəsində düzgün yerinə yetirməli və torpaqlarımızdakı qanunsuz fəaliyyətə son qoyulmalıdır.  Birmənalı olaraq hamı bilməlidir ki, doğma Qarabağda olan ermənilər burada qalmaq istəsələr?, ancaq  bizim qanunlarımıza uyğun şəkildə yaşayacaq və ümumilikdə torpaqlarımızda həyata keçirilcək hər hansısa bir proses sadəcə Azərbaycanın icazəsi ilə baş tuta bilər!  Ona görə ki, tarixi faktlara və ədalətə uyğun olaraq sübut etdik ki, əcdadlarımızın yurdu olan Qarabağ bizimdir və əzəli torpağımızdır!

DİGƏR Xəbərlər Arxiv