YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bu aksiya bəşəri niyyətin aksiyasıdır

Səbinə Xasayeva

Milli Məclisin deputatı

İkinci Qarabağ müharibəsi Azərbaycan Ordusunun qələbəsi ilə başa çatdı. Rusiyanın fəal mü­da­­xi­ləsi ilə noyabrın 10-da üçtərəfli Bəyannamə imzalandı. Bu sənəd Azərbaycanın qalibiyyət, Er­­mə­nistanın məğlubiyyət sənədi idi. Rusiyanın təklifi və təkidi ilə Azərbaycanın işğaldan azad edil­miş ərazilərinin bir hissəsinə Rusiya Federasi­ya­sının sülhməramlıları yerləşdirildi. Lakin bu qüvvvələr fəaliyyətə başladığı vaxtdan bəri heç də tapşırılan sülh missiyasıını yerinə ye­tirmir. Zəfərdən sonra işğaldan azad edilmiş ərazilərdə 2021-ci il istehsallı minalar necə yerləş­dirilib? Kimin yerləşdirdiyi məlumdur. Bəs onlar bunu sülh­mə­ram­lılardan necə keçirə biliblər, necə basdırıblar? Nə Rusiya Federasiyasının rəsmiləri, nə də bey­nəlxalq təşkilatlar bu müəmmalı suallara cavab verə bilmir, əslində, cavab vermək istəmir. Ya ger­çəkliyi etiraf etməlidirlər, ya da yenə yalanlar, reallıqdan yayındırmalara cəhdlər. Şuşa-Laçın yolunda azərbaycanlıların etiraz aksiyası bəşəri niyyətli, dinc aksiyadır.

Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilə­rində təbii sərvətlərin qeyri-qanuni istismarı, habelə ekoloji vəziyyətin pisləşməsi ilə bağlı ilkin mo­nitorinq məqsədilə Azərbaycan Respublikası dövlət qurumlarının nümayəndələrinin və mütə­xəs­sislərin əraziyə girişinə maneçilik törədilməsi səbəbindən Azərbaycan vətəndaş cəmiyyəti nü­ma­yəndələrinin və ekoloqların etiraz aksiyası təşkil olunub. Azərbaycanın bu ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarı dayandırılmalı, bütün təbii sərvətlərin istismarı Azərbaycan Respublikası qanunvericiliyi əsasında həyata keçirilməlidir. Bunu sülhməramlılar da bilir.

Bütün faydalı qazıntı yataqları, o cümlədən Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarına yerində baxış, qanunsuz istismarın dayandırılması, müxtəlif istiqamətlər üzrə monito­rinq və inventarizasiyanın aparılması, əmlakın kadastr uçotunun təşkili, ətraf mühitə, yeraltı və yerüstü su mənbələrinə potensial zərərin və risklərin qiymətləndirilməsi, dəymiş zərərin nəticə­lə­ri­nin aradan qaldırılması məsələləri üzrə işçi qrup yaradılıb. Yaradılan bu qrup fəaliyyətə baş­la­malı idi. Ancaq sülhməramlı qüvvələr buna imkan vermədi; danışıqlar nəticəsində əldə olunmuş razılığa baxmayaraq monitorinqin keçirilməsinə maneçilik törədildi.

Dekabrın 3-dən etibarən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisa­diyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cə­miy­yətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləş­diyi Azərbaycan Respublikası ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı sülhməramlı kontingentin komandanlığı ilə da­nı­şıqlar aparıblar. Ancaq bu danışıqlar da məramı sülh olmalı sülhməqamlıların niyyətinin erməniliyə xidmət olduğunu təsdiqləyir.

Ermənistan qeyri-qanuni iqtisadi fəaliyyəti ilə beynəlxalq konvensiyaların tələblərini ko­bud şəkildə pozur. Bu cür cinayətlər Ermənistan Respublikası üçün hüquqi məsuliyyət yaradır. Əlvan metalların qeyri-qanuni hasilatını aparan şirkətlərə qarşı Azərbaycan hökuməti tərəfindən hüquqi tədbirlər görülür.

3 ölkə liderlərinin imzaladığı 10 noyabr 2020-ci il tarixli bəyanatın müddəaları Ermənistan tərəfindən yerinə yetirilmir. Bəyanatın 4-cü bəndinə zidd olaraq erməni silahlı qüvvələri hələ də Azərbaycan ərazilərindən çıxarılmayıb, 6-cı bəndinə zidd olaraq Laçın yolundan həm hərbi təxribatlar, həm də qeyri-qanuni iqtisadi fəaliyyət üçün istifadə olunur, 9-cu bəndinə zidd olaraq bölgədə bütün nəqliyyat kommunikasiya yollarının açılmasına maneçilik törədilir. Bunlar sülhməramlıların yerinə yetirməli olduğu vəzifələrdir. Lakin yerinə yetirilmir.

Azərbaycan fəalların sülh aksiyasının Qarabağda yaşayan ermənilər üçün heç bir təhdid yaratmadığını Ermənistan da bilir, sülhməramlılar da. Sülh aksiyası səbəbindən Qarabağ erməni­lə­rinin yaşadığı ərazilərin qazla təchizatı dayandırılmayıb və həyati əhəmiyyətli yüklərin keç­mə­sinə maneçilik törədilmir.

Şuşa-Laçın yolunda keçirilən etiraz aksiyası azərbaycançılığın təzahürüdür və bu aksiya da saf niyyətin təntənəsi ilə nəticələnəcəkdir.