Xəbərlər
Zirvə Görüşü ölkələrimiz arasında geosiyasi və geoiqtisadi münasibətlər baxımından əhəmiyyətli olacaq
Ceyhun Məmmədov
Milli Məclisin deputatı
Dekabrın 14-də Türkmənistanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun geniş tərkibdə Üçtərəfli Zirvə Görüşü keçirildi.
Bu görüş həm ölkələrimiz, həm də bölgə üçün çox önəmlidir. Xalqlarımız qardaş xalqlardır və bu gün Türkmənistan, Türkiyə və Azərbaycan öz münasibətlərini bu qardaşlıq əsasında qurur.
Ölkələrimiz beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ATƏT və digər təsisatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək göstərir və əməkdaşlıq edir.
Bu Zirvə Görüşü, ölkələrimiz arasında geosiyasi və geoiqtisadi münasibətlər baxımından əhəmiyyətli olacaq. 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması regionda yeni nəqliyyat-kommunikasiya layihələri üçün əlverişli imkan yaratdı. Bununla yanaşı energetika sahəsində, təhsil və mədəniyyət sahələrində də gələcəkdə birgə işlər görüləcək.