YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nazir: Bu ayın sonunadək Ermənistan tərəfi ilə görüşməyi planlaşdırırıq

Azərbaycanın təşəbbüsü ilə sülh sazişi üçün, - Azərbaycan Prezidenti bunu hələ 2021-ci ilin yanvarında qeyd edib, - beş baza prinsipi elan olunub. Bu sahə üzrə bütün təşəbbüslər ölkəmiz tərəfindən həyata keçirilib. Oktyabrın 2-də bu mövzu ilə bağlı danışıqlarda məhz Azərbaycan layihəsi üzrə işlərə başlanmışdı. Layihəni Azərbaycan tərəfi hazırlamışdı. Bütün təşəbbüslər bizim tərəfimizdən gəlib.

Bu sözləri jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov söyləyib.

“Həqiqət ondan ibarətdir ki, bundan sonra noyabrın 7-də Vaşinqtonda görüş keçirilib. Ondan iki həftə sonra Azərbaycan tərəfi özünün növbəti təklifini Ermənistan tərəfinə göndərib. Bizim aramızda ilkin ünsiyyət olub. İstisna deyil ki, bu ayın sonunadək başda Ermənistanın xarici işlər naziri olmaqla, Ermənistan nümayəndə heyəti ilə yenidən görüşüb danışıqlar aparmaq planlarımız var”, - deyə nazir qeyd edib.