YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Niderland XİN nümayəndəsi Şuşa-Laçın yolunda keçirilən aksiya barədə məlumatlandırılıb

Azərbaycanın Niderland Krallığındakı səfiri Rəhman Mustafayev bu ölkənin Xarici İşlər Nazirliyinin siyasi məsələlər üzrə direktor müavini Erika Şuten ilə görüşüb.

Görüşdə tərəflər iki ölkə arasındakı münasibətlərlə bağlı fikir mübadiləsi aparıblar. Səfir Rəhman Mustafayev Niderland XİN-in nümayəndəsinə regiondakı reallıqlar, regional təhlükəsizlik, münaqişədən sonrakı vəziyyət, ölkəmizin barışıq niyyəti, eləcə də Laçın dəhlizindəki indiki vəziyyət haqqında məlumat verib. Səfir Şuşa-Laçın yolunda keçirilən etiraz aksiyası haqqında danışıb. Ermənistan tərəfinin saxta məlumatlar yaydığını bildirərək, Ermənistanın Laçın-Xankəndi yolundan hərbi məqsədlər, minaların və talan olunan təbii sərvətlərin daşınması məqsədilə istifadə etdiyini və bunun qarşısının alınmasının vacibliyini qeyd edib. Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının hələ də davam etdiyini diqqətə çatdırıb.

Tərəflər sadalanan məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Bildiriblər ki, sülh, təhlükəsiz və firavan Cənubi Qafqaz naminə birgə işləməkdə davam edəcəklər.