Xəbərlər
Laçın-Şuşa yolunda etiraz aksiyasına daha çox insan qoşulur
Laçın-Şuşa yolunda Azərbaycan ekoloqları, qeyri-hökumət təşkilatlarının nümayəndələri və fəalların keçirdiyi etiraz aksiyası davam edir. Ölkənin ərazi bütövlüyünün müdafiəsi və Azərbaycanın təbii resurslarının qanunsuz istismarının dayandırılması ilə bağlı ədalətli tələblərə dəstək olaraq ölkənin müxtəlif bölgələrindən getdikcə daha çox insan gəlir.
Fəallar general-mayor Andrey Volkovun aksiya yerinə gəlməsini tələb ediblər.
Aksiyanın keçdiyi ərazidə, işğaldan azad olunmuş bütün torpaqlarda olduğu kimi, Azərbaycan bayraqları ucaldılıb. Aksiya iştirakçılarının alqışları ilə üçrəngli bayraq bura gətirilən tikinti kranının vasitəsilə dalğalandırılıb.