YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rüfət Aslanlı: Azərbaycan hökuməti maliyyə sektorunun inkişafına xüsusi diqqət ayırır

«Azərbaycan hökuməti maliyyə sektorunun inkişafına xüsusi diqqət ayırır və bu istiqamətdə bir sıra vacib tədbirlər həyata keçirir». Bu fikri Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı deyib.

R.Aslanlı bildirib ki, “Azərbaycan Respublikasının qiymətli kağızlar bazarı üzrə qanunvericiliyinin Avropa İttifaqının qanunvericiliyinə uyğunlaşdırılması və Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) instituisional inkişafı" Tvinninq layihəsi qarşısında qoyulan bütün hədəflərə nail olunub. Onun sözlərinə görə, layihənin ən mühüm uğuru QKDK-nın kompetensiyalarının keyfiyyətcə yeni səviyyəyə çatdırılmasıdır.

«Bu layihə çərçivəsində həyata keçirilən bütün tədbirlər Dövlət Komitəsinin tənzimləmə mühitinə yeni impuls verib. Əgər ötən il Azərbaycanın qiymətli kağızlar bazarının dövriyyəsi 9 milyard manat idisə, bu ilin ilk dörd ayı ərzində bu rəqəm 5 milyard manat olub. Bu layihənin daha bir uğuru Azərbaycanın qiymətli kağızlar bazarının qlobal bazarlara inteqrasiyası üçün zəruri hüquqi bazanın əsaslarının formalaşmasıdır»- deyə, Dövlət Komitəsinin sədri vurğulayıb.

 

DİGƏR Xəbərlər Arxiv