Xəbərlər
Azərbaycan ordusunun qüdrəti dünyaya nümunə oldu

Mansur Quliyev
YAP Ağdam rayon təşkilatının sədri
Azərbaycan 44 günlük Şanlı Vətən müharibəsində bütün gücünü və milli birliyini dünyaya göstərdi. 44 günlük Vətən Müharibəsi şanlı Zəfər tariximizdir və bu Zəfəri xalqımıza bəxş edən isə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarix yazan şanlı Azərbaycan Ordusudur.
Azərbaycan ordusunun əks hücum əməliyyatları nəticəsində bütün hərbi birlikləri iflic vəziyyətinə gətirilmiş Ermənistan ordusu 44 gün ərzində demək olar ki, məhv edilmişdi və belə bir rüsvayçı məğlubiyyətdən qurtulmağın tək yolunu kapitulyasiya aktına imza atmaqda gördü. Azərbaycan ordusunun sarsıdıcı zərbələri qarşısında çıxılmaz vəziyyətdə qalan Ermənistanın hərbi-siyasi rəhbərliyi ordumuzun qüdrəti qarşısında diz çokdü.
Döyüş müydanında rüsvayçı məğlubiyyətə düçar olan Ermənistanın imzaladığı kapituliyasiya aktına əsasən Azərbaycan noyabrın 25-də Kəlbəcər rayonu Müzəffər Ali Baş Komandanın İkinci Qarabağ müharibəsində yürütdüyü hərbi-siyasi yolun davamı olaraq bir güllə atılmadan azad edildi və düşmən rayondan çıxmağa məcbur edildi.
Qeyd edək ki, Kəlbəcər 1993-cü ilin aprel ayının 3-dən Ermənistan ordusu tərəfindən işğal olunmuşdur. Rayonun ərazisində qalmış 13.000-dək fərdi mənzil, 37.852 ha meşə sahəsi ermənilər tərəfindən talan edilmişdir.
Eyni zamanda Azərbaycan BMT-nin və digər Beynəlxalq qurumların qərar və qətnamələrini döyüş meydanında təkbaşına özü yerinə yetirdi və tarixi ədaləti bərpa etməklə öz ərazi bötövlüyünü təmin etmiş oldu. Bu gün işğaldan azad olunmuş ərazilərdə infrastruktur quruculuğu, nəqliyyat qovşağlarının bərpası və digər sosial yönümlü layihələrin icrası uğurla və çox surətlə davam etdirilir. Bütün sadalanan bu amillər Azərbaycanın nə qədər güclü və qüdrətli bir dövlət olduğunu bir daha sübuta yetirmiş olur.Müzəffər Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyev bu qələbənin müəllifi kimi torpaqlarımızı işğaldan məhz güc yolu ilə azad edərək Ermənistanın müdafiəsinə qalxmış dövlətlərə və siyasi mərkəzlərə öz yerlərini göstərdi. Beləliklə, Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini, ATƏT-in qərarlarını yerinə yetirməklə 30 ilə yaxın idi ki, təhdid mənbəyi olan münaqişəyə son qoydu, ərazi bütövlüyünü təmin etdi.44 günlük Vətən Müharibəsindəki şanlı Zəfərimizdən sonra regionda yeni geosiyasi vəziyyət yaranıb, bu proseslər Azərbaycanın xeyrinə davam edir.
Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbəliyi ilə cəmi 44 gün ərzində erməni işğalçılarına layiqli cavab verən Azərbaycan ordusunun qüdrəti və yenilməzliyi bir daha dünyaya nümunə oldu.