Xəbərlər
Bakıda NATO-ABŞ ekspert qrupu ilə Azərbaycan Müdafiə Nazirliyinin mütəxəssisləri arasında növbəti işçi görüş keçirilmişdir
Mayın 18-dən 21-dək Azərbaycan Silahlı Qüvvələrin Hərbi Akademiyasında hərbi təhsil sisteminin müəyyən sahələrinin inkişafına yardım üzrə NATO-ABŞ ekspert qrupu ilə ölkəmizin Müdafiə Nazirliyinin mütəxəssisləri arasında növbəti işçi görüşü təşkil edilmişdir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, tədbirdə iştirak edən ABŞ Hərbi Akademiyasının professorları Tomas Fedisin və Ceyms Kuk təhlükəsizlik mühiti və strategiyası, milli hərbi strategiyanın məqsədləri və digər məruzələrlə çıxış edərək təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparmışlar.